» » Ata-anaya yaxşılıq etməyin özəl səmərələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ata-anaya yaxşılıq etməyin özəl səmərələri
    +5
    Müəllif: Yusifi Zehra | 16-12-2014, 11:00 | Baxılıb: 1 894
      

    Ata-anaya yaxşılıq etməyin özəl səmərələri
     
    Dini göstərişlər öz ardıcıllarının mənafeyini təmin etmək əsasında möhkəmlənmişdir və onlara riayət edilməsi insanın dünya və axirət səadətinə zəmanət verir. Dini proqramlar ürəyi yanan bir həkimin yazdığı nüsxə (resept) kimidir ki, xəstəliklərin qarşısını almaq və ya onları aradan qaldırmaq üçün istifadə edilir; onlara əməl edilməsi də, hətta əgər dərmanlar acı, insanın təbiətinə uyğun gəlməsə də belə, xəstənin öz xeyrinədir. Valideynlərə yaxşılıq etmək, insanı onlarla qarşı xoş rəftar və münasibəti, ata-ananın fədakarlıqları müqabilində qədirdanlıq etmək, tovhidin və müqəddəs İslam dininin başlıca məsələlərindəndir. Qurani kərim və sünnətdə Allah, Onun Peyğəmbəri və Məsum İmamlar (əleyhissalam) təkidlə tövsiyə etmişlər. Ona əməl edənlərə dünya və axirətdə iki qat artıq savab vədəsi verilmişdir. Əvvəldəki hədislərdə qeyd etdiyimiz kimi Allahın razılığı valideynin razılığına və qəzəbi valideynin qəzəbinə bağlıdır. Sözü gedən məsələ barəsində ən mühüm təkidlərdən biridir. Məsumların hədislərindən məlum olur ki, valideynlərə ehsan və yaxşılıq etmək axirət savabı və ilahi razılığı qazanmaqdan əlavə, sair nəticələri də vardır ki, çox əhəmiyyətli və dəyərli nəticələri öz ardınca gətirir ki, biz bu fəsildə onların bir qisminə işarə edirik.
    1. Cəhənnəm odundan uzaqlıq və Allaha yaxınlıq
    Peyğəmbəri Əkrəm valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq olmaq barəsində buyurur:
    "Əgər başında behişt sevdası varsa, ata-anaya yaxşılıq et; əgər cəhənnəm oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət verməkdən uzaq ol.”
    Başqa sözlə desək, ata-anaya qarşı yaxşı əməl sahibi ol ki, cənnətə daxil olasan. Əgər onlara nifrət etsən, bil ki, cəhənnəm əhlisən. Bütün övladlar öz yolunu seçməkdə azaddırlar: valideynə yaxşılıq edənlər cənnətdə, onlara pislik edib əzab-əziyyət verənlər isə cəhənnəm uçurumundadırlar. İbrahim ibni Şüeyb adlı bir səhabə deyir: Mən İmam Sadiq (əleyhissalam)-a ərz etdim: "Mənim atam o qədər qocalıb ki, ayaqyoluna gedəndə və başqa işlərdə biz əlimizlə onu bir yerdən başqa yerə aparırıq.” İmam buyurdu: "Ey İbrahim, əgər (sair ailə üzvləriniz deyil) sən özün şəxsən bu işləri öhdənə alsan və ona öz əlinlə yemək yedizdirsən, daha yaxşı olar. Çünki bu kimi işlər cəhənnəm odundan uzaq olmağa səbəb olar.”
    Bu hədisdən məlum olur ki, İbrahimin atası o qədər qocalıb əldən düşmüşdü ki, İbrahim ona sair ailə üzvləri ilə birlikdə kömək edirdi. İmam da ona buyurur ki, mümkün qədər sən özün atanın xidmətində olsan, sənin xeyrinədir. Çünki ata-anaya yaxşılıq etmək cəhənnəm odundan uzaq olmağa səbəb olar. İmam Sadiq (əleyhissalam) buyurur:
    "Həzrət Musa (əleyhissalam) Allah taala ilə münacat edəndə, nübüvvət nəzərləri ilə Allahın ərşində qərar tutan bir kişini gördü. Allahdan istədi ki, o kişinin bu yüksək məqama çatmasının səbəbini buyursun. Səs gəldi ki: "Musa, bu bir kəsdir ki, ata-anasına yaxşılıq etmiş, camaat arasında söz gəzdirməkdən uzaq olmuşdur.”
    Bu hədislərdə azacıq təfəkkür etməklə mə.lum olur ki, Allah taala ata-ananın itaətində olan əməlisaleh övladlara xüsusi diqqət yetirir və Öz lütfünü onlara şamil edərək dərgahına yaxınlaşdırır, ata-anaya edilən xidmət təşəkkürü cəhənnəm odundan qoruyan bir qalxan, onun dərdli bəlalarından qurtuluş vasitəsi hesab edir, bu layiqli övladlara o qədər böyük və əbədi məqam bağışlayır ki, hətta Həzrət Musa kimi böyük bir peyğəmbərin təəccübünə səbəb olur. Bəli, valideynlərə ehtiram və xidmət etmək o qədər mühüm bir məsələdir ki, Allah ona əməl edənlərə behişt vədəsi verir; və əksinə, bu barədə səhlənkarlıq, süstlük, nankorluq etməyi peşmançılıq, cəhənnəm oduna mübtəla olmaq səbəbi bilir. Elə bu səbəbdən İmam Sadiq (əleyhissalam) ürək yanğısı ilə İbrahim ibni Şüeybə tövsiyə edir ki, bacardığı qədər atasına kömək etməkdə evin o biri övladlarından qabağa keçsin və bu xidməti şəxsən öz öhdəsinə alsın, çünki bu əməl insanı cəhənnəm odundan uzaq olmasına səbəb olur.
    2. Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar.
    Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canvermənin asan olmasıdır. Hamının vəhşət etdiyi, göz yaşları axıtdığı qorxunc ölüm anları təkcə insanın özü üçün deyil həm də o mənzərəni müşahidə edən bir şəxs üçün vahiməli, qorxuludur. Hər vaxt belə bir mənzərəni təsəvvür etdikdə qəm-qüssə izləri insanın üzündə aşkar olur. Müqəddəs İslam dinində bu anlar çox həssas və şiddətli tərzdə vəsf olunmuşdur. Tövsiyə olunmuşdur ki, yaxşı əməl sahiblərini, təqvalıları can verən şəxsin başı üstünə gətirin ki, onun üçün dua etsin. Habelə cənabətli, napak adamların onun yanına gəlməsinin qarşısını alın və bacardığınız qədər Qurani kərim ayələri, xüsusilə "Yasin”, "Saffat” surələrini oxuyun. Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən, o Həzrət də Cəbraildən ölüm anlarının necəliyi haqda belə nəql edir: "Evdə, yataqda təbii ölüm min qılınc zərbəsindən çətindir.”
    Hansı ağıllı və imanlı insanı tapmaq olar ki, belə bir günün fikrində olmasın? Hansı bir mömini tapmaq olar ki, öz gözəl əməlləri ilə bu çətin anları asanlaşdırmağa çalışmasın? Hansı imanlı bir şəxsi tapmaq olar ki, bu anlardakı fikri xoşbəxtlik və səadət olmasın. Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın mübarək qədəmlərinin, onun Əzrailə dostcasına etdiyi tövsiyələrinin intizarında olmasın? Əgər belə məqul və ağlasığan arzu siz əziz oxucular üçün bəyənilirsə və ömrünüzün axır anlarında Həzrət Əzrail (əleyhissalam)-ın sizi ilə dostcasına və tam təvazökarlıqla qəbzi-ruh etməsini (canınızı almasını) istəyirsinizsə, ata-ananın xidmətində olub onlara hər növ əzab-əziyyət yetirməkdən çəkinin. Çünki islami rəvayətlər göstərir ki, ata-anaya xidmət edənlər ölüm anlarında tam rahatlıqla rastlaşacaqlar. 
    İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs Allahın onun ölüm anlarını (canverməsini) asan etməsini istəyirsə, sileyi-rəhim etsin (qohumlarla əlaqə saxlasın) və ata-anasına yaxşılıq etsin.”
    Burada daha yaxşı olar ki, şiə alimləri və mərcəyi-təqlidlərindən birinin öz anası ilə etdiyi xoş rəftarı əziz oxucular üçün bəyan edək. Mərhum Şeyx Mürtəza Ənsari çoxlu elmiyyə hövzəsi və tələbəsi olmasına, müsəlmanların mərcəyi-təqlidi kimi ağır və məsuliyyətli bir işi öhdəsinə almasına baxmayaraq bir gün onun tələbələri görür ki, öz qoca anasını çiyninə alıb hamama aparır. Onun tələbələri bu mənzərəni gördükdə çox təsirlənirlər və bu işi onlara həvalə etməsini istəyirlər. Amma o ilahi şəxsiyyət bu təklifi qəbul etməyib buyurur: "Bu mənim anamdır və ona xidmət etmək mənim borcumdur. Siz də gedib öz analarınız ilə bu cür rəftar edin, onların razılığını əldə edin.”
    Böyük bir din aliminin öz anası ilə bu cür gözəl rəftar etdiyini, qul kimi öz anasının qarşısında təvazökarlıq etdiyini, onu dalına alıb hamama apardığını, gecələr gecə namazı qılmaq üçün anasını oyatdığını, isti su hazır etdiyini və bütün dərs problemlərini, camaatın bütün işlərini yerinə yetirdiyini, ata-anasının bir ömür namazını qıldığını gördükdə, aydındır ki, biz də belə böyük şəxsiyyətlərdən valideynlərə xidmət etməkdə insaniyyət dərsi almalı, ata-anamızı özümüzdən razı salmalıyıq.
     
    Kitabın adı: İslamda evlənmə və ailə hüququ
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.