» » Hətta şirk halında da valideynə ehtiram


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hətta şirk halında da valideynə ehtiram
+7
Müəllif: Yusifi Zehra | 11-12-2014, 13:00 | Baxılıb: 847
  
 
Hətta şirk halında da valideynə ehtiram
 
İmam Riza (əleyhissalam) buyurur: "Valideynə yaxşılıq etmək, hətta onlar müşrik olsalar belə, vacibdir. Amma Xaliqə qarşı günaha səbəb olan əmrlərində itaət etmək olmaz.”
İmamın bu buyuruğunda bütün bəhanə yolları bağlanır. Həzrət hətta ata-ananın müşrik fərz edildiyi halda belə öz əmrini buyurmuşdur. Yəni sadəcə cüzi məsələlər səbəbilə övladların ata-anaya ehtiramdan qaçması caiz deyildir, hətta ata-ana kafir və ya müşrik olsalar belə, övladlar valideynlərinin hüququnu tapdalayıb onlara qarşı ehtiramsızlıq edə bilməzlər. Bu məsələ İslamın danılmaz və inkarolunmaz məsələlərindən biridir. İndi sizin diqqətinizi bir ibrətamiz hekayəyə cəlb edirik:
Zəkəriyya adlı bir şəxs əvvəllər məsihi dinində idi, sonralar İslam haqqında çoxlu mütaliələr edib axtarışlar apardıqdan sonra ilahi tovhid nuru qəlbinə saçmış və o, İslam dinini qəbul etmişdir. O deyir: Müsəlman olduqdan sonra Allah Evini ziyarət etmək məqsədi ilə Beytullahil-Hərama yola düşdüm. Məkkeyi-Müəzzəməyə çatdıqdan sonra İmam Sadiq (əleyhissalam)-ın orada olduğundan agah olub o Həzrəti ziyarət etmək, mənəvi qida almaq, Ali-Mühəmmədin elm xəzinəsindən güllər dərmək üçün mübarək hüzuruna getdim. Necə müsəlman olduğumu şərh etdikdən sonra soruşdum: Ey Peyğəmbərin övladı, sənə fəda olum, mənim ata-anam nəsranidirlər, anam həddindən artıq qocalıb əldən düşmüşdür. Mən onlarla bir yerdə, bir süfrədə yemək yeyə bilərəmmi? Onlarla bir yerdə yaşamağın eybi varmı? Həzrət soruşdu: Ata-anan donuz ətindən istifadə edirlərmi? Mən dedim: Yox, hətta ona yaxın da düşmürlər. Həzrət buyurdu: Əgər belədirsə, sənin onlarla birlikdə yaşayıb onlarla bir süfrədə yemək yeməyinin heç bir maneəsi yoxdur. Ey Zəkəriyya, anandan çox muğayat ol, nə qədər bacarsan, ona mehribançılıq və nəvaziş et. Mənim səninlə görüşümü bir kəsə demə. Mina dağına gedəndə bir daha mənim yanıma gələrsən.
Mən Minada onun hüzuruna getdim. "ördüm ki, camaat onu dövrəyə almış, müəllimlərindən sual soruşan şagirdlər kimi hər kəs bir məsələ soruşurdu. Mən onu ziyarət etdikdən sonra vətənimə qayıtdım. O Həzrətin tövsiyələrinə müvafiq olaraq əldən düşmüş qoca anama nəvaziş etdim, ona öz əlimlə su içirdib yemək yedirtdim, paltarlarını yudum və onun bədəninə əziyyət verən bit-birəni təmizlədim. Anam mənim bu işlərimdən təəccüblənib bir gün məndən soruşdu: "Oğlum, sən müsəlmançılığı qəbul etmədiyin, məsihi olduğun vaxtlarda mənə qarşı bu qədər hörmət və nəvaziş etmirdin. Amma müsəlman olduqdan sonra sənin rəftarın tamamilə dəyişmişdir. Bu dəyişikliyin səbəbi nədir?” Mən dedim: "Anacan, Peyğəmbərin nəvəsi İmam Sadiq (əleyhissalam) mənə bu cür öyrətmişdir.” Anam dedi: "O, hökmən Peyğəmbərdir ki, sənə bu cür göstəriş vermişdir!” Mən dedim: "Yox ana, o Peyğəmbər deyil, onun nəvəsidir.” Anam dedi: "Zəkəriyya, o hökmən peyğəmbərdir, çünki bu yalnız peyğəmbərlərin göstərişlərindən ola bilər.” Mən dedim: "Anacan, İslam Peyğəmbərindən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Bu, o Peyğəmbərin nəvəsidir.” Anam dedi: "Oğul, sənin dinin ən yaxşı dindir, onu mənə öyrət, mən də müsəlman olum.”
Mən İslam dininin hökmlərini, qayda-qanunlarını anama öyrətdim, o da İslam dinini qəbul etdi. Zöhr, əsr, məğrib və işa namazlarını qıldı, sonra halı qarışmağa başladı. Bir az sonra mənə dedi: "Din hökmlərini mənim üçün yenidən təkrar et!” Mən də onları bir-bir təkrar etdim, anam da iqrar etdi və Allahın adı dilində ikən vəfat etdi.”
 
İslam, yaxud əməl dini

Bu ibrətamiz hekayət bizim müddəamızın canlı şahidi olmaqla yanaşı, məlum edir ki, ata-ana hərçənd etiqadi və dini cəhətdən düzgün yolda olmasalar belə, onların hüququna riayət edilməli, övladlar tam sədaqətlə, bacardıqları qədər onlara xidmət edilməlidir. Onlara yaxşılıq və ehsanı heç vaxt əsirgəməməlidirlər. Bu məsələ ictimai nöqteyi-nəzərdən də çox diqqətə layiqdir. Əsas etibarı ilə İslam dini qəlbi etiqadlarla əməlin qarışığından ibarətdir və əməlsiz heç vaxt istənilən nəticəni əldə etmək olmaz. Qurani məciddə adətən imandan söz açan ayələrdə yaxşı əməl, səy göstərmək, çalışmaq məsələsi ortaya çəkilmişdir. Deməli, əməlsiz imanın lazımi nəticəsi, faydası yoxdur.
Zəkəriyyanın anası məsihiyyət dinini buraxıb müsəlman olursa və İslam dinini dünya dinlərinin ən yaxşısı hesab edirsə, ömrünün son anlarında tam razılıqla İslamın həqiqətlərindən agah olursa, bunun səbəbi yalnız insani duyğular, atifələr və Zəkəriyyanın İslam dininin göstərişlərinə uyğun əməl etməsi olmuşdur. Əgər İslam dininin haqq din olduğunu, onun hökm və təlimlərinin həyatbəxş olduğunu deyiriksə, bu o haldadır ki, müsəlmanlar onun göstərişlərinə əməl etsinlər. Çünki əməlsiz bunların heç bir təsiri olmayacaqdır.
İslam tarixi şəhadət verir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in və əimmeyi-hudanın (Məsum İmamların) gözəl əxlaqi səciyyələri nəticəsində, agahlıq üzündən İslamı qəbul edən şəxslər Peyğəmbəri Əkrəmin möcüzələrini və İmamların kəramətlərini görərək İslamı qəbul edənlərdən qat-qat etiqadlı olmuşlar. Qurani kərim aşkar şəkildə Peyğəmbərə xitab edərək buyurur: "Rəsuli Əkrəmin gözəl və mülayim rəftarı səbəb olmuşdur ki, başqaları İslama üz gətirsinlər. Əgər o Həzrət bədəxlaq olub kobud rəftar etsəydi, hökmən onun ətrafından dağılışardılar.”
Yaxşı olar ki, bütün müsəlmanlar İslamın üstün və ali dərəcəli göstərişlərini öz həyatlarında əməli olaraq həyata keçirib onun müsbət nəticə və təsirlərini müşahidə etsinlər. Hamı qardaş kimi, bir bədənin müxtəlif üzvləri kimi qarşılıqlı insani rəftar əsasında bir-birinin yanında səfa-səmimiyyətlə yaşasınlar. Bu məhəbbət və nəvaziş bütün qohum-əqrəba və ailədə, xüsusilə ata-ananın barəsində daha çox tövsiyə olunmuşdur və buna əməl olunması daha dəyərli nəticələr verəcək. İslamın həyatverici göstərişlərinə əməl etmək arzusu ilə.
 
Mənbə: "İslamda evlənmə və ailə hüququ" kitabı

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.