Dili tutulmuş cavan
İmam Sadiq (əleyhissalam) buyurur:
"Can üstə olan bir cavanın dili tutulmuşdu və danışa bilmirdi. Peyğəmbər bu səhnəni gördükdə anasını soraqlaşdı. Onun yanında dayanmış bir qadın deyir: "Onun anası mənəm. Həzrət buyurdu: Sən bu cavandan razısanmı?” Ərz elədi: "Ya Rəsuləllah, mən altı ildir ki, onunla danışmıram. O, nankor bir övladdır.” Həzrət o qadından istədi ki, oğlundan razı olsun. Dedi: "Ey Peyğəmbər, sənin razılığın xatirinə ondan razı olub təqsirindən keçdim.” Bu halda cavanın dili açıldı və Peyğəmbərlə danışmağa başladı, canvermənin çətinliklərini bəyan etdi. İndi o hədisin bir hissəsini qeyd edirik. İmam Sadiq (əleyhissalam) buyurur:
"Peyğəmbəri Əkrəm bu cavanın başı üstünə gəldi və şəhadət kəlmələrini təlqin edəndə onun danışmağa qüdrəti yox idi.”
Bu hədisdən və məsumların sair kəlamlarından gözəl şəkildə məlum olur ki, valideynin övladlardan razı olmalarının çoxlu gözəl əsərləri o cümlədən, canvermə halında Allahın qəhrindən, Əzrailin qəzəbindən və ölümün şiddətli anlarından nicat tapır. Habelə, ata-ananı qüssəli etmək dünya və axirətdə, xüsusilə canvermə halında giriftarçılıqlara səbəb olur. Mütəal Allahdan istəyirəm ki, bizim hamımızı dinin göstərişlərinə itaət etməkdə müvəffəq etsin, bizi valideynlərimizə daha artıq xidmət etməkdə, onların razılıqlarını daha çox əldə etməkdə, hər növ üsyankarlığın qarşısını almaqda bizə kömək etsin Valideynə yaxşılıq etmək–günahların bağışlanma səbəbidir. Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından biri günahların bağışlanmasıdır. O günahlar ki, bəndə ilə Pərvərdigari-aləmin arasında qalın bir hicab, pərdədir. Bu pərdə duaların qəbul olunmasının qarşısını alır, insanı ilahi dərgahdan, əla mələkut aləmindən zillət, alçaqlıq diyarına çəkir. Bu halda onun insaniyyəti xətərə düşür, Allah taala bəndələrinə xidmətçi əvəzinə murdar və şeytani bir ünsürə çevrilir. Agah və ayıq insanlar gec-tez günahlarını və sapmalarını cübran etmək fikrinə düşürlər ki, bu böyük fəlakətdən nicat tapsın, öz həqiqi varlığını məhv etməsin, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməsin, axirət əzablarına düçar etməsin. Valideynlə yaxşı rəftar edib onlara ehsan etmək günahların, xətaların bağışlanmasının ən mühüm amillərindən biridir. İlahi insanlar bu təsirli amildən qafil olmamalı, ona səhlənkarlıqla yanaşmamalıdırlar. Çünki gözəl əməllər, (Quranın təbiri ilə desək, həsənələr) günahları məhv edib aradan aparır. Valideynin haqqında ehsan, onların çəkdiyi zəhmətlər müqabilində təşəkkür etmək həsənələrin ən gözəl nümunələri hesab olunur. Bundan əlavə, məsumların kəlamlarında aşkar şəkildə bəyan olunmuşdur ki, ata-anaya kömək etmək insanın günahlarını aradan aparır. Çoxlu hədislər bu həqiqəti açıqlayır.
İmam Sadiq (əleyhissalam) buyurur: Bir nəfər Peyğəmbərin hüzuruna gəlib dedi: "Allah taala mənə bir qız verdi. Onu böyüdüb, kamala, həddi-büluğa çatdırandan sonra gözəl paltarlar geyindirib bəzədim, sonra onu bir quyunun yanına gətirib quyuya salıb öldürdüm. Ondan eşitdiyim son kəlmə "Ah, atacan!” naləsi oldu. Bu kəbirə günahın kəffarəsi (cəriməsi) nədir? Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurdu: Anan sağdırmı? Dedi: Yox. Həzrət soruşdu: Xalan sağdırmı? Dedi: Bəli. Həzrət buyurdu: "et, xalana yaxşılıq et, o sənin anan yerindədir. Sənin günahların bağışlanar.”
Yuxarıdakı hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur ki, ana əvəzində xalaya xidmət etmək onun günahlarını aradan aparar və bu növ günahların kəffarəsi olar. Bu qurucu və yaradıcı amildən əsla qafil olmamalıyıq. Necə ki, İmam Səccad (əleyhissalam)-dan gəlmiş başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) valideynə xidmət etməyi bütün günahların bağışlanması səbəbini bildirir. Bir nəfər Peyğəmbərin hüzuruna gəlib ərz etdi:
"Ya Rəsuləllah, elə bir günah yoxdur ki, onu görməyim. Mənim üçün bir yol, tövbə qapısı varmı ki, bu günahları aradan aparım? Həzrət soruşdu: Ata-anan sağdırmı? Dedi: Atam sağdır. Həzrət buyurdu: "et, atana yaxşılıq et. O kişi gedərkən Həzrət buyurdu: Kaş onun anası sağ olaydı!
Bu hədisdən aydın olur ki, ata-anaya yaxşılıq etmək bütün günahları bağışladır. Çünki o kişi Peyğəmbərə ərz edir ki, bütün günah işləri görmüşəm. Rəsuli Əkrəm də günahların kəffarəsi kimi atasına xidmət etməsini tövsiyə edir. Amma ana, atadan qabaq övladın zəhmətlərini çəkdiyinə görə anaya xidmət etmək günahların daha tez və asan bağışlanmasına səbəb olur. Valideynə yaxşılıq etmək ruzinin bol, ömrün uzun olmasına səbəb olur Valideynə yaxşılıq etməyin əməli təsirlərindən biri ruzinin bol, ömrün uzun olmasıdır. Valideynin razılığı və onların duaları nəticəsində axirət mükafatı və səadətindən əlavə, əməli saleh və yaxşı əməl sahibi olan övladlar da bu dünyada müvəffəqiyyət qazanaraq səadətə çatır, öz ömür və mallarından bəhrələnirlər. Bunun nəticəsində də özlərindən sonra yüzlərlə xeyir-bərəkət nümunələri qoya bilərlər. İndi bu barədə olan bəzi rəvayətlərə işarə edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Hər kəs ömrünün uzun, ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin. Çünki, valideynə yaxşılıq və xidmət etmək Allaha ibadət etmək Ona tabe olmaqdır.”
"Gördüyünüz kimi, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu dəyərli kəlamında ata-anaya yaxşılıq və ehsan etməyi ruzinin artması və uzun ömür amili kimi təqdim edir. Həzrət İmam Baqir (əleyhissalam) buyurur:
"Riyasız və gizli ehsan Allahın qəzəb odunu söndürür, sileyi-rəhim və valideynə məhəbbət göstərmək övladların ömrünü uzadır.”
Burada Həzrət valideynə hörmət və ehtiramı ömrün uzanmasının mühüm amillərindən biri kimi göstərmişdir.
"Cəfəri” məzhəbinin böyük rəhbəri İmam Sadiq (əleyhissalam) buyurur:
"Hər kəs canvermə anlarının çətinliklərini asanlaşdırmaq istəsə, valideynə yaxşılıq və sileyi-rəhimi (qohum-əqrəba ilə əlaqələri davam etdirmək) unutmasın. Əgər bu işləri yerinə yetirsə, Allah-taala canvermənin çətinliklərini asanlaşdırar və belə bir şəxs həyatında heç vaxt fəqir olmaz.”
Həzrət bu hədisdə valideynə hörmət və məhəbbət etməyi canvermə anlarını asanlaşdıran bir amil və yoxsulluq sıxıntısından, bədbəxtlikdən azad olma səbəbi bilir. Burada münasib görürük ki, iki ibrətamiz Qurani kərim və bir tarixi hadisəni əziz oxuculara təqdim edək:
1. Zalım Abbasi xəlifələrindən olan Mütəvəkkil İslam tarixində ən ağır cinayətlər törədən və ən çox qan tökən zalım bir padşah idi. O, Peyğəmbər Əhli-beytinə qarşı ən kinli adamlardan biri idi. O, dəfələrlə İmam Hüseyn (əleyhissalam)-ın şərif qəbrini dağıtmış, o Həzrətin ziyarətinə gələnlərə qarşı hörmətsizlik etmişdi. O, tarix cinayətkarı Həccac ibni Yusif kimi "Kaş Hüseyn ibni Əlinin qətlində iştirak edəydim!”-deyə arzu edirdi. Mütəvəkkil Əhli-beytə qarşı kin-küdurət saxlamaqda, hörmətsizlikdə o həddə çatmışdı ki, öz təlxəyi Übadət ibni Məxnəsi vadar edirdi ki, birinci İmam Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın yüksək məqamını təhqir edib alçaltsın, Mütəvəkkil və onun ətrafında olanları güldürsün. Onun oğlu Müntəsir isə Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın şiələrindən, onu sevənlərdən idi. O, atasının Əhli-beytə qarşı bəslədiyi kin və ədavətdən və onun həyasızcasına etdiyi hərəkətlərdən ruhən vicdan əzabı çəkir, qəlbində atasına qarşı kin bəsləyirdi. Onu öldürmək barəsində ustadı Əbu Übeydə ilə məşvərət etdi. Ustadı dedi: Atan bir nasibi, Əhli-beyt düşmənlərindəndir. Onu öldürmək İslam nöqteyi-nəzərindən vacibdir. Amma bunu da bilməlisən ki, atasını öldürən şəxsin ömrü qısalır. Müntəsir bu barədə qəti qərara gəldi və öz dinini atalıq təəssübündən qabağa saldı, öz dini vəzifəsini, hətta atası barəsində belə icra etdi. O, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın yüksək məqamına qarşı edilən hörmətsizliklərin intiqamını atasından və onun təlxəyindən, habelə, ətrafındakılardan aldı. Onların hamısı şərab içərək sərxoş halda ikən, hamısını qılıncdan keçirdi, amma Mütəvəkkil kimi cinayətkarı öldürən bu imanlı şəxs atasının ölümündən sonra 6 aydan artıq yaşamadı. Mərhum Şeyx Abbas Qumi "Fatimeyi Zəhra (əleyha salam)-a hörmətsizlik edənlər” adlı başlıqda yazmışdır ki., o imanlı şəxs öz atasını öldürdükdən yeddi ay sonra dünyadan getmişdir. (Amma nəzərə çarpır ki, bu qəbildən olan həyasızlıqlar daha çox idi və müxtəlif məclislərdə Həzrət Əli və Fatimeyi Zəhra (əleyha salam)-ın yüksək məqamlarına qarşı rəva görülürdü.
2. Xudavəndi-aləm "Bəqərə” surəsinin 67-ci ayəsindən başlayaraq buna oxşar bir hadisəni bəyan etmişdir və Əllamə Məclisi də "Biharül-ənvar”ın 74-cü cildinin 68-ci səhifəsində "Üyunü-əxbarir-Rza” kitabının 2-ci cildinin 13-cü səhifəsindən nəqlən İmam Riza (əleyhissalam)-dan nəql edir. Hadisənin xülasəsi belədir: Bəni-israil tayfasında varlı bir şəxs var idi ki, öz əmisi oğlundan (başqa bir rəvayətə görə isə qardaşı oğlundan) başqa heç bir varisi yox idi. O da ona çatacaq irsi tez əldə etmək üçün o kişini öldürdü. Sonradan özü şikayətçi kimi Həzrət Musanın yanına gəlib əmisinin qatilini tapmasını istədi. Allah taala Musaya əmr etdi ki, Bəni-İsrail məxsus bir inəyi kəssinlər, bir üzvünü öldürülənin bədəninə vursunlar, o da dirilib öz qatilini tanıtdırsın. Belə bir məxsus əlamətlərə malik olan inək yalnız bir nəfər layiqli oğlanda var idi ki, atasına çox gözəl ehsanlar və yaxşılıqlar etmişdi. Həmin oğlan çox gəlirli bir al-veri danışıb, amma pulunu vermək üçün pul sandığının yanına getdi, amma gördü ki, atası yatmış, sandığın açarını da başının altına qoymuşdur. Oğlan ədəbli və mərifətli bir insan olduğundan, atasını oyatmadı, onun rahatlığını dünyanın fani mənfəətindən üstün hesab etdi. Atası yuxudan oyandıqda məsələdən agah oldu və oğluna təşəkkür ünvanı ilə o inəyi oğluna bağışladı. Allah taala da bu gözəl əməlin dünyəvi əvəzi kimi Bəni-İsrailə əmr etdi ki, həmin inəyi alsınlar və əvəzində həmin inəyin dərisi tutan qədər qızıl versinlər. Bu, Quranın "Bəqərə” surəsində təfsilatı ilə gəldiyindən, həmin surə "Bəqərə” (yəni inək) adlandırılmışdır. Bu iki hekayəyə diqqət yetirməklə nəticə almaq olar ki, Mütəvəkkilin oğlu Müntəsir heç də dinin, Allahın buyurduğunun əleyhinə bir iş görməmiş, heç bir xilaf işə mürtəkib olmamışdır. Çünki Əhli-beyt düşmənlərinin (nasibilərin) İslamda heç bir dəyəri yoxdur, hətta ata olsa belə, imkan daxilində onu cəhənnəmə vasil etmək vacibdir, xüsusilə cinayətlərinin sayı-hesabı olmayan Mütəvəkkil kimi bir məlunu. Lakin o, Müntəsirin atası və atalıq haqqına malik olduğuna görə, bu əməlin vəzi (təbii) təsiri o qədər sürətlidir ki, cavan Müntəsir atasını öldürdükdən qısa müddət sonra dünyadan gedir. Belə olan halda, övladların öz dindar və ürəyiyanar valideynləri qarşısındakı vəzifələri aydın olur. Mütəvəkkil kimi fəsadçı və murdar bir atanın qətlə yetirilməsi cavan oğluna öz təsirini göstərirsə və onun vaxtsız ölümü ilə nəticələnirsə, şübhəsiz əməlisaleh ata-anaya qarşı hər növ səhlənkarlıq və təhqir dözülməzdir və ziyanı da daha ağır olacaqdır. Bunun da müqabilində valideynə təzim və tərəhhüm göstərmək, əmr və göstərişlərinə tabe olmaq dini bir vəzifə olmasından və Allahın da bu işin müqabilində mükafat verməsindən də əlavə qiymətli ömrün uzanmasında, mal-dövlətin artmasında böyük təsiri vardır. Belə ki, bu əməl Bəni İsrail tayfasından olan bir əməlisaleh övladın öz atasına hörməti səbəbi ilə Allah taala Öz lütfünü ona şamil etdi, o qədər mal-dövləti ona nəsib etdi.
Əlbəttə, bu növ mükafatlar və bəzi halda cəzalar müəyyən və konkret şəxslərə məxsus deyil. Belə ki, hər kəs hər hansı yolda və ya qrupda hərəkət etsə, axırda onların hədəfinə çatacaqdır. Buna əsasən, möhtərəm övladlar səy etməlidirlər ki, həmişə öz valideynlərinə xidmət etsin, onların zəhmətə, əzab-əziyyətə düşmələrinə səbəb olan hər əməldən uzaq olsunlar, ata-ana barəsində hər hansı fədakarlığı əsirgəməsinlər ki, axirət mükafatı və Allahın razılığını cəlb etməkdən əlavə, bərəkətli ömür və bol mal-dövlətdən də faydalansınlar.
Kitabın adı: İslamda evlənmə və ailə hüququ