Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
"Təfsire-Nişaburi”də nəql olunur:
İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə zəkat ödəməyib? Dedilər ki, ödəyib. Həzrət (s): - "Bəlkə atasının üzünə ağ olub?” deyə maraqlandı. Yenə də "yox” dedilər. Nəhayət, Həzrət (s) belə bir sualla müraciət etdi: "Bəlkə anasının üzünə ağ olub?” Cavab verdilər ki, - "Bəli, anasının üzünə ağ olub.” Ananı də`vət edib oğlunu halal etməsini istədilər. Ana dedi: "Mən onu necə halal edə bilərəm ki, üzümə sillə vurub?!”
Həzrət Peyğəmbər (s) buyurdu: "Od gətirin.” Ana soruşdu ki, "Odu nə üçün istəyirsiniz?” Həzrət buyurdu ki, "Pis əməlinə görə onu yandıracağam.” Ana dedi: "Mən razı olmaram ki, onu yandırasınız. Onu doqquz ay bətnimdə gəzdirib, sonra iki il süd vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu oddan qurtarmaq üçün bağışlayıram.”
İnsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla!
Nəql edirlər ki, Xorasan ağalarından biri Yəzib ibn Mühəlləbdən borc almışdı. Yəzidin adamları borclunun vəkilini incidir, borcun ödənməsini tələb edirdilər. Bir gün həmin nümayəndəni Yəzidin yanına gətirirlər ki, möhlət istəsin. Bu gəliş yemək vaxtına düşür və nümayəndə də əyləşib təamlardan yeməyə başlayır.
Bunu görən Yəzid adamlarını çağırıb deyir: "Daha ondan pul tələb etməyin. Çünki süfrəmizdə çörək kəsdi. Bundan sonra ona əziyyət verməyimiz düz olmaz.”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |