Məhərrəm ayının 2-ci günü
Məhərrəm ayının 2-ci günü
Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması…
Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-
şühəda (ə) öz Əhli-beyt (ə) və əshabı ilə birkikdə Kərbəlaya çatdı.
Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyib dayandı. Həzrət
Hüseyn (ə) "bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər:
"Qaziriyyə”. Buyurdu: "Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”.
Həzrət (ə) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman
həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: "Əllahummə əzuzu
bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır.
Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər,
arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə)
enin ki, bizim qəbrlərimizin yeri burdadır.
Kitabın adı: Kərbəla həqiqətləri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.