Məhərrəm ayının 6-cı günü
1-Həbib ibn Məzahirin Bəni Əsəddən kömək istəməsi...
2- Fərat çayının ilk mühasirəsi...
1)Həbib ibn Məzahirin Bəni Əsəddən kömək istəməsi...
Belə bir gündə Həbib ibn Məzahir, həzrət imam Hüseynin (ə) icəzəsi
ilə Bəni-Əsəd qəbiləsindən kömək istəmək üçün onların arasına
yollandı. Onlardan bir dəstəni kömək üçün Kərbəlaya yola saldı.
Lakin Ömər ibn Sədin casuslarının fəaliyyəti nəticəsində Bəni-Əsəd
qəbiləsi arasında qarşıdurma baş verdi. Qarşırdurma nəticəsində
Bəni-Əsəd qəbiləsindən bir qrupu şəhid oldu, qalanları da çarəsiz
qalıb qaçdılar. (Mədinədən Mədinəyə, səh.368)
2)Fərat çayının ilk mühasirəsi...
Bir rəvayətə əsasən Ömər ibn Səd və Şəbəs ibn Rəbi, məhərrəm
ayının 6-ı üç min nəfər qoşunla birgə Fərat çayını mühasirəyə aldı.
(Mədinədən Mədinəyə, səh.360).
Kitabın adı: Kərbəla həqiqətləri