Məhərrəm ayının 7-ci günü
Məhərrəm ayının 7-ci günü
Fərat suyunun İmam Hüseyn (ə) karvanınına qadağan olunması...
Übeydullah ibn Ziyad çox sayda qoşunu imam Hüseynlə (ə)
döyüşmək üçün Kərbəlaya göndərdikdən sonra onlar vasitəsi ilə o
həzrəti tamamilə öz ordusunun mühasirəsinə aldı. Ömər ibn Sədə
məktub yazıb göstəriş verdi ki, su ilə Hüseynin (ə) arasını kəssin və
onun əskərlərinin sudan istifadə etməsinə icazə verməsinlər. (Onun
gümanına görə, vaxtilə Osman ibn Əffanın sudan istifadə etməsi
qadağan olunmuşdu). Ona görə də ibn Səd, birbaşa Əmr ibn Həccac
Zübeydini beş yüz nəfər süvari ilə suyu əhatəyə almaq vəzifəsini
yerinə yetirməyə təyin etdi ki, imam Hüseyn (ə) və onun
köməkçilərinə su götürməyə imkan verməsinlər. (Əl-irşad, c.2,səh.
86)
Kitabın adı: Kərbəla həqiqətləri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.