Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Şəhidləri imam Səccad (əleyhis-salam) dəfn edir
Məhərrəm ayının 13-də Həzrət Səccad (əleyhis-salam) şəhid olmuş atasını dəfn etmək üçün Kərbəlaya tələsdi. Çünki hər İmamın qüslü, kəfənini İmamdan başqası öhdəsinə ala bilməz.
Bu sözümüzün şahidi İmam Riza (əleyhis-salam)-ın Əliyyibni Əli Həmzə Bətainini söhbətidir. İmam Riza (əleyhis-salam): –De görüm Hüseyn ibni Əli İmamidimi?
Dedi: –Bəli.
İmam Riza (əleyhis-salam) –O şəhid olandan sonra (onun qüslü, kəfəni dəfni) kimin öhdəsinə idi?
Dedi: –Həzrəti Səccad (əleyhis-salam)-ın.
İmam Riza (əleyhis-salam): –O vaxt Həzrət Səccad harada idi?
Dedi: –İbni Ziyadın zindanında idi, amma ibni Ziyad xəbər tutmadan oradan çıxdı, gedib atasını dəfn etdi, sonra zindana qayıtdı.
İmam Riza (əleyhis-salam) –Əliyyibni Hüseynin Kərbəlaya gəlməsinə, atasını dəfn edib yenidən qayıtmasına qüdrət verən şəxs Allah bu zamanın da İmamına qüdrət verər ki, Bağdada gedib atasının (İmam Museyi Kazimin) dəfn işini görməyə qüdrət verər, halbuki o (zamanın İmamı) həbsdə, əsirlikdə də deyildir.
Elə ki, İmam Səccad (əleyhis-salam) Kərbəlaya çatdı, gördü ki, bəni Əsəd qəbiləsi sərgərdan qalmış, bədənlərdə baş olmadığı üçün, nə edəcəklərini bilmirdilər.
Həzrəti Səccad (əleyhis-salam) şəhidləri adbaad tanıtdırdı. Ah-nalə, ağlaşma səsləri ucaldı. Bəni Əsəd qəbiləsinin arvadları saçlarını yolur, sinələrinə döyürdülər. Sonra İmam Səccad (əleyhis-salam) o məzlum atasının pak cənazəsinə tərəf getdi, onu bağrına alıb ucadan ağlamağa başladı. Cənazəni qəbir qazılacaq yerə gətirib bir az torpaq götürdü, birdən hazır bir qəbir açıldı, üstündə də üstü açıq zərih göründü. Cənazəni təklikdə qəbrə qoydu. (Bəni Əsəddən heç kim bu işdə İmam Səccada kömək etmirdi) Sonra buyurdu: "Mənim yanımda bir kəs var ki, mənə kömək edir.”
Cənazəni qəbrə qoyandan sonra dodaqlarını atasının kəsilmiş damarlarına qoydu, buyurdu: "Xoş o yerin halına ki, sənin pak cəsədini ağuşuna alıb. Sənə nədən deyim? Gözlərimə yuxu görünməyən qəm-qüssəmdənmi? Məndən sənə salam olsun, ey Rəsulullahın oğlu, Allahın rəhmət və bərəkəti sənə olsun!”
O, İmam Hüseynin (əleyhis-salam) qəbri üstündə belə yazdı. "Bu, Hüseyn ibni Əliyyibni Əbitalibin qəbridir. Onu susuz və qərib öldürdülər.”
Sonra əmisi Abbas (əleyhis-salam)a tərəf getdi, onu, elə asimanda mələkləri dəhşətə bürümüş, behişt hurilərini ağlar qoymuş əvvəlki halda gördü, əyilib əmisinin boğazının kəsilmiş damarlarını öpdü, dedi: "Ey Qəməri Bəni Haşim, səndən sonra kül olsun dünyanın başına! Məndən sənə, ey şəhid, xalis salam olsun, Allahın rəhməti və bərəkəti sənin halına şəamil olsun.”
Sonra Həzrət Abbas (əleyhis-salam) üçün də bir qəbir qazıb buyurdu: "Mənim yanımda köməkçilərim var.” O həzrət bəni Əsəd qəbiləsinə buyurdu ki, onlarda iki başqa böyük qəbir qazsınlar, birində Bəni Haşimin, digərində isə səhabələri dəfn etsinlər.
Hürr şəhid olandan sonra qohumları onu döyüş meydanından çıxarmış, onun indiki qəbri olan yerə gətirmişlər. Yazıblar ki, anası döyüş meydanında var imiş, görəndə ki düşmənlər şəhidlərin başlarını kəsib bədənlərini tapdalayırlar oğlunu bu yerə gətirmişdir.
Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |