» » Valideynlərinin ixtiyarlarının həddi-hüdudu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Valideynlərinin ixtiyarlarının həddi-hüdudu
    +5
    Müəllif: Yusifi Zehra | 15-12-2014, 17:00 | Baxılıb: 1 561


     Valideynlərinin ixtiyarlarının həddi-hüdudu

     
    Ailənin qarşılıqlı səfa-səmimiyyətdə yaşamasına səbəb olan ən mühüm amillərdən biri ailə qayda-qanunları və məsələlərindən tam agah olmaqdır. Ailənin bütün üzvləri İslamın ailə barəsində olan qanun və meyarlarını öyrənərək öz həyatlarına tətbiq etməlidirlər. Ailə üzvləri nə qədər ki özlərinin qarşılıqlı əlaqə, vəzifələrini, ailə qanunlarını bilmirlər və həyatlarında onlara əməl etmirlər, heç vaxt həqiqi səadətə çatmayacaqlar, hərc-mərclik, inzibatsızlıq və s. kimi mənfi hallar axırda ailənin dağılmasına səbəb olacaqlar. Atanın ailədə başçılıq, ananın isə idarəçilik məqamını gözləməyən ailələrdə şübhəsiz heç vaxt aramlıqdan əsər-əlamət görünməyəcəkdir. İslam məktəbi ailənin daha yaxşı və səfa-səmimiyyətdə yaşaması, qızğın məhəbbət telləri ilə bir-birinə bağlanması üçün xüsusi qaydalar bəyan etmiş, onun hər bir üzvünün vəzifələrini tam və kamil surətdə aydınlaşdırmışdır ki, onların səadətinə zəmanət verməsi üçün bunlara riayət etmələri zəruridir. Böyük şiə alimlərindən olan, çoxlu dəyərli kitabların müəllifi və kitabları hal-hazırda elm hövzələrində istifadə olunan mərhum Şəhid Sani buyurur: Övladların cihadda, İslam düşmənləri ilə müharibədə iştirak etmələrində ata-ananın razılığı vacib və ilzami olduğu kimi, mübah və ya müstəhəb olmasından asılı olmayaraq sair səfərlərdə də vacibdir. Həmçinin kifai vaciblərdə də eyni qayda ilədir, bu şərtlə ki, başqaları onu yerinə yetirsin. Övladların bu kimi işlərdə iştirak etmələri valideynin icazəsi ilə olmalıdır. Həmçinin elm kəsb etmək üçün edilən səfərlərdə də eyni qayda ilə; belə ki, əgər vacib və zəruri elmlərdən olmazsa, həmin elmləri öyrənməyə getmək üçün ata-ananın razılığını əldə etmək lazımdır. Müasir təqlid-mərcələri də buyururlar: "Vacib olmayan səfər, əgər ata-ananın əziyyətə düşmələrinə səbəb olarsa, haramdır. İnsan belə səfərlərdə namazı tamam qılmalı, (əgər Mübarək Ramazan ayı olarsa) oruclarını tutmalıdır.”
    Mərhum Şəhidi Əvvəl dəyərli "Qəvaid” kitabının 212-ci səhifəsində buyurur: "Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardan ibarətdir:
    1. Övladların müstəhəb və mübah səfərləri onların icazələri olmadan caiz deyildir;
    2. Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması) şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb, valideynə itaət etmək isə vacibdir;
    3. Əgər valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istəsə, övlad namazı təxirə salaraq onun əmrinə itaət etməlidir. Çünki, namazı ilk vaxtda qılmaq müstəhəbb, valideynə itaət etmək isə vacibdir və vacib isə hər bir müstəhəb işdən müqəddəmdir;
    4. Əgər övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı camaatla qılmamalıdır;
    5. Valideynin öz övladını cihaddan saxlamağa haqqı vardır; (Amma əgər İmam (əleyhissalam) şəxsən özü övladı cihada əmr edərsə və ya İslam və müsəlmanların cəbhəsi zəif olarsa, bu halda övlada mane ola bilməzlər.)
    6. Şifai vaciblərdə əgər başqaları o işi yerinə yetirərsə, valideynin haqqı vardır ki, öz övladını həmin işdən saxlasın.
    7. Əgər övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad namazı pozub ona cavab verməlidir;
    8. Övlad valideynə hər növ əzab-əziyyət verməkdən, hətta cüzi miqdarda olsa belə, uzaq olmalı, başqalarının da valideynə yetirə biləcəyi əzab-əziyyətin qarşısını almalıdır;
    9. Valideynin icazəsi olmadan övladın müstəhəb oruc tutması caiz deyildir;
    10-Valideynin icazəsi olmadan övladın nəzir, əhd, and və s. kimi işləri yerinə yetirməsi caiz deyildir;
    Əgər övladlar, istər qız olsun, istərsə də oğlan, aqil və həddi-büluğa, fikri (təfəkkür) cəhətindən müəyyən kamal həddinə çatmış olsalar, habelə, onların şəxsi mülkiyyətində müəyyən qədər mal-dövlət olarsa, bu halda həmin mal-dövlətdə hər növ ixtiyar və təsərrüf övladın özünə aiddir. Ata-ananı isə bu ixtiyarları onun əlindən almağa haqqı yoxdur. İmam Baqir (əleyhissalam) buyurur:
    "Əgər qadın öz işlərinin sahibi olarsa, al-ver edə, Allah taala yolunda qul azad edə bilər.”
    Yəni azad və bir kəsin qulu olmayan bir qadın al-ver edə bilər, əgər özünün qulu olmuş olarsa, onu Allah taala yolunda azad edə bilər. Bu mövzu Qurani məciddə də aşkar şəkildə qeyd olunmuşdur. Quran buyurur ki, qadın və ya kişi olmalarından asılı olmayaraq bütün insanlar qeyd olunan şərtlər daxilində öz mal-dövlətlərində təsərrüf (istifadə) etməkdə tam ixtiyar sahibidirlər, heç kəs bu maliyyə hüququnu onlardan ala bilməz. Qurani kərim buyurur:
    "Kişilər və qadınlar hər biri özlərinin iş və qazanclarının sahibi, malikidirlər.”
    Mülahizə etdiyiniz kimi bu ayə aşkar şəkildə bütün qadın və kişilərin hüququnu, maliyyə və təfəkkür cəhətindən müstəqil olmalarını möhtərəm sayır. Bu məsələ bütün din başçılarının fikir birliyində olduğu məsələlər sırasındadır və heç kəs onunla müxalifət etməmişdir. Bu barədə çoxlu rəvayətlər vardır ki, elm və ədəb əhlinə məxfi deyildir. Deməli valideynlər övladların qız və ya oğlan olmalarından asılı olmayaraq mali, ticarət və s. kimi məsələlərində yalnız yolgöstərmə haqqına malikdir, amma onların ixtiyarlarını məhdudlaşdıra bilməzlər. Amma evlənmə məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu məsələdə valideynlərin ixtiyarlarının həddi-hüdudu bəhs olunmuşdur ki, xülasəsini qeyd edirik:
    Oğlan uşaqları evlənmə məsələsində qanuni şəraitə malik olduqda islami və əqli cəhətdən təkamülə çatdıqdan sonra özləri həyat yoldaşı seçməkdə müstəqil surətdə qərara gələ bilərlər, valideynlər isə yalnız bir məşvərətçi kimi olub öz şəxsi nəzərini oğluna qəbul etdirmək haqqına malik deyildir. Böyük alimlər və fəqihlər də məhz bu əsasda fətva vermişlər, İslam hədisləri də bunu təkidləndirir. Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşdu: Oğlunun xəbəri olmadan bir ana bir qızı onun əqdinə keçirmişdir. Bunun hökmü nədir? Həzrət buyurdu: Bu iş oğlunun rəyinə bağlıdır; istəsə qəbul edər, istəməsə qəbul etməz. Əgər oğlan qəbul etməsə, qızın mehriyyəsini ana özü verməlidir.
    Bu sualın oxşarını (ata-ananın oğulun kiminlə evlənməsində dəxalət etməmələri barəsindədir) İbni Əbi Yəfur İmam Sadiq (əleyhissalam)-dan soruşmuşdur:
    "Mən bir qızla evlənmək istəyirəm, ata-anam isə başqa bir qızı mənə almaq istəyirlər. İmam (əleyhissalam) buyurdu: Öz istədiyin qızla evlən və ata-ananın istədiyini boşla.”
    Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam) buyurur: 
    "Əgər bir kişi öz oğlunu evləndirsə, bu iş oğluna həvalə edilir: istəsə qəbul edə bilər, istəməsə rədd edə bilər.”
    Deməli, diqqət yetirmək lazımdır ki, ata və ya ana, yaxud onların hər ikisinin öz oğlunu evlənməyə məcbur etməyə, öz nəzərlərini ona qəbul etdirməyə haqları yoxdur. Amma əxlaqi nəzərdən bütün övladlar ata-ananın təcrübələrindən istifadə edərək bütün işlərdə, xüsusilə evlənmə məsələlərində onlarla məsləhətləşməyə borcludurlar və valideynlərin məsləhət görmədiyi bir qızla evlənməməlidirlər. Çünki, valideynlik hüququndan əlavə, təcrübə, əql və təfəkkür baxımından da onlar övladdan yüksək səviyyədədirlər. İslam dini də bizi bütün işlərdə məşvərət etməyə sövq etmişdir.
     
    Mənbə: "İslamda evlənmə və ailə hüququ" kitabı

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.