Ailənin intizamındakı mühüm amillər
Ailə intizamında ər-arvad münasibətlərində iki mühüm amil mövcuddur:
Birinci amil: iki nəfər arasındakı hakim qanunlar, yə`ni arvadın ərinə və ya əksinə olan münasibətlər.
İkinci amil isə birincidən daha mühüm və incədir: qarşılıqlı anlaşma, bir-birini düşünmək, mehribanlıq, səfa və səmimiyyət.
Əgər evdə "mənimki” və "səninki” sözləri, yaxud "nə üçün” və "nəyə görə” kimi suallar qarşıya çıxsa, bütün bunlar qara nöqtəyə çevrilərək nəticədə yaşayışı pozacaqdır.
Ürəyin qaralması
İmam Sadiq (əleyhissalam) buyurur: "Hərgah bir adam günah iş görsə, qəlbində qara bir nöqtə yaranar. İkinci günaha mürtəkib olduqda qəlbindəki qara nöqtə böyüyüb çoxalmağa başlayır, axırda bu qaraltı bütün qəlbi əhatə edir ki, bu surətdə insan heç vaxt nicat tapmayacaqdır.
"Sonra onlar ki, pis əməllərə və bəd rəftara düçar oldular (yə`ni Allahın əmrindən çıxıb, günah etdilər), kafir oldular və Allahın ayələrini məsxərə edib, yalan dedilər...”
İlahi ayələrə yalan demək və onları məsxərə etməyin nəticəsi Allah buyuran günahlara düçar olmaq səbəbi ilə ürəyin qaralmasıdır.
Ailə muhitinin pozulması
Ailə münasibətlərində qara nöqtə yaranarsa, ər və arvadın hər ikisi onu aradan qaldırmaq üçün məs`uliyyət daşıyırlar. Mə`sum İmamların (əleyhimussalam) hədislərində oxuyuruq: Əgər ailədə ixtilaf baş verərsə, dərhal onu aradan qaldırın və münaqişəni həll etməyincə və bir-birinizdən razı qalmayınca gecəni sübh etməyin. Kiçik və cüz`i ixtilaflar üst-üstə toplanaraq ailədə böyük çətinliklər əmələ gətirir ki, bunun sonu ya boşanmaya, ya da əzab-əziyyətli yaşayış və acı həyatla qurtarır. Münaqişənin boşanma ilə sona yetməsi Allahın ən çox qəzəbləndiyi işlərdən biridir. Əgər yaşayış acı həyata səbəb olarsa, insan üçün işgəncəli zindandan belə pisdir. Hər iki halda övlad həyatının xətərə uğraması qətidir. Belə mühitdə böyüyən uşaqlar çox vaxt ruhi xəstəlik və ya müxtəlif günahlara düçar olacaqlar. Ərə getməkdə çətinlək çəkən, uşaq böyütməkdə, ailə saxlamaq bacarığı olmayan qızlar, həmçinin əsəbi, bəd əxlaq, mədəniyyətsiz, tünd və kobud xasiyyəti olan oğlanlar adətən bu cür ailələrdə böyümüşlər.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri