Həyat yoldaşını himayə etmək
Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:
Birinci: Qohum-əqrəba və ya tanışlardan bə`zisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cür`ət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.
Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.
Qur`an və hədislərin yol göstərməsi
Şərif Qur`an bu barədə belə yol göstərir.
Ümumiyyətlə Qur`an bu nəzərə malikdir ki, insan gərək başqalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan, günah və üsyankarlıqdadır. Əgər eybləri örtən Allah onun eyblərini camaatın gözündən gizlətməsəydi hər yerdə rüsvay olardı.
Bu böyük ne`mət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmamazlıqlarından örtərək eyblərini görməməliyik. Bu mühüm məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır. Yə`ni Allah insanı pullu və pulsuz olmaqla yoxlayır.
Qadın pulsuzluğuna görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, həmkarları və qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.
Hədislərdə deyilir ki, Əmirəl-mö`minin (əleyhissalam) hər vaxt xanım Fatimə (əleyha salam)-ın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər, təskinlik tapardı. Amma, əgər bir qadın salehə və eləcə də sayılan sifətlərə malik olmazsa və ərin haqqı ödənilməzsə çarəsi nədir? Çarəsi nəsihət etməkdir!
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri