Günahdan çəkindirmək
Birini günah işdən çəkindərməyin ən gözəl yolu budur ki, münasib bir vaxtda aşağıdakı hədisi onun üçün danışasan.
Bir gün bir qadın Allah Rəsulunun (səlləllahu əleyhi və alih) hüzuruna gəlib deyir: Ya Rəsuləllah, mən ərə getmək istəyirəm, mümkünsə məni müsəlman qadının ərinə bəsləməli qayğı və münasibətindən xəbərdar edin.
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: Birinci: qadın ailədə ərinə itaət etməlidir.
İkinci: qadın ərinin xəbəri olmadan onun bəyənmədiyi bir işi görməməli və evdə əli əyri, ikiüzlü olmamalıdır.
Üçüncü: ixtilaf və münaqişə baş verdikdə, əri ondan razı və xoşhal olmayınca yatağa getməməlidir.
O qadın həzrətdən soruşur: Hətta təqsirkar kişi olmuş olsa da barışıq üçün birinci qadın irəli gəlməlidir?
Həzrət buyurur: Bəli, hətta təqsirkar kişi olmuş olsa da.”
Həyat yoldaşı ilə xoşrəftar olmaq iman nişanələrindəndir
Əgər həyat yoldaşınız sizdən razıdırsa, bilin ki, ən yaxşı müsəlmanlardan birisiniz.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dəfələrlə buyurub: "Sizlərdən daha yaxşı o kəslərdir ki, öz qadınları üçün yaxşıdırlar və mən öz qadınlarım barəsində sizlərdən daha yaxşıyam.”
"Arvad-uşağa qarşı olan xoşrəftarlıq və məhəbbət nə qədər artıq olarsa, müsəlmanlıq və iman da bir o qədər çoxalar.”
Bir hədisdə deyilib: "Biz Əhli-beytə öz həyat yoldaşına daha çox mehriban olan şəxslər əziz
və mehribandır.”("Əhzab” surəsi, ayə:32)
Başqa bir hədisdə oxuyuruq: "Hər kəsin öz həyat yoldaşına qarşı məhəbbəti artıq olarsa Allah-Taalaya imanı daha çoxdur.”("Vəsailüş-şiə”, 14-cü cild, səh.11)
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri