![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Günahdan çəkindimək
Birini günah işdən çəkindərməyin ən gözəl yolu budur ki, münasib bir vaxtda aşağıdakı hədisi onun üçün danışasan.
Bir gün bir qadın Allah Rəsulunun (səlləllahu əleyhi və alih) hüzuruna gəlib deyir: Ya Rəsuləllah, mən ərə getmək istəyirəm, mümkünsə məni müsəlman qadının ərinə bəsləməli qayğı və münasibətindən xəbərdar edin.
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: Birinci: qadın ailədə ərinə itaət etməlidir.
İkinci: qadın ərinin xəbəri olmadan onun bəyənmədiyi bir işi görməməli və evdə əli əyri, ikiüzlü olmamalıdır.
Üçüncü: ixtilaf və münaqişə baş verdikdə, əri ondan razı və xoşhal olmayınca yatağa getməməlidir.
O qadın həzrətdən soruşur: Hətta təqsirkar kişi olmuş olsa da barışıq üçün birinci qadın irəli gəlməlidir? Həzrət buyurur: Bəli, hətta təqsirkar kişi olmuş olsa da.”
Həyat yoldaşı ilə xoşrəftar olmaq iman nişanələrindəndir
Əgər həyat yoldaşınız sizdən razıdırsa, bilin ki, ən yaxşı müsəlmanlardan birisiniz.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dəfələrlə buyurub: “Sizlərdən daha yaxşı o kəslərdir ki, öz qadınları üçün yaxşıdırlar və mən öz qadınlarım barəsində sizlərdən daha yaxşıyam.”
“Arvad-uşağa qarşı olan xoşrəftarlıq və məhəbbət nə qədər artıq olarsa, müsəlmanlıq və iman da bir o qədər çoxalar.”
Bir hədisdə deyilib: “Biz Əhli-beytə öz həyat yoldaşına daha çox mehriban olan şəxslər əziz
və mehribandır.”
Başqa bir hədisdə oxuyuruq: “Hər kəsin öz həyat yoldaşına qarşı məhəbbəti artıq olarsa Allah-Taalaya imanı daha çoxdur.”
Vəfadarlıq
Ər-arvad bir-birindən səhv və pis bir iş görsələr, bu onların bir-birinə qarşı etdikləri yaxşılıqlarını unutdurmamalıdır.
Naşükürlük
İnsan çox vaxt Allah-Taala və camaatla olan rabitəsində minnətdarlıq və təşəkkür etmir. Yə`ni Allah-Taalanın ona bağışladığı bütün bu ne`mətlərin müqabilində onların şükrünü yerinə yetirmir. Lakin balaca bir müsibətlə üzləşən kimi nalə çəkib fəryad salaraq nankorluq edir. Çox vaxt isə dostunda kiçik bir xatanı görməklə onun neçə illik yaxşılıqlarını yaddan çıxarıb daşa vurur.
Naşükürlük qur`an dili ilə
Qur`an bu barədə belə buyurur:
“Yeri və asimanları yaradan, göydən sizin ruziniz üçün cürbəcür heyvan və meyvələr vücuda gəlsin deyə yağış nazil edən, Öz əmri ilə gəmiləri dəryaların üzündə və çayları isə yer üzündə sizin ixtiyarınıza qoyan, ayı və günəşi sizlərə itaətçi və qulluq edən qərar verən O Allahdır ki, Ondan hər cür ne`mətlər istədinizsə, sizə əta etdi. Belə ki, əgər Allahın sonsuz ne`mətlərini saymaq istəsəniz heç vaxt bacarmazsınız. (Bu qədər lütf və rəhmətə baxmayaraq) insan hədsiz küfr edən və zalımdır.”
“Allahın haqqını olduğu kimi tanımadılar.”
“Ölüm olsun bu insana, nə qədər naşükürdür!”
“İnsan dözümsüz yaranmışdır, ona şər və ya ziyan (müsibət) yetişən zaman pərişan və əgər ne`mət yetərsə təkəbbürlü olur.”
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









