"Maidə” surəsi (41-42)
41. يَا أَيُّهَا الرَّسُولُ لاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُواْ آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ وَمِنَ الَّذِينَ هادُواْ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُواْ وَمَن يُرِدِ اللّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللّهِ شَيْئًا أُوْلَـئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ
"Ey peyğəmbər! Küfrə tələsən kəslər səni qəmləndirməsin. (İstər) dildə "iman gətirmişik” deyib qəlbdə iman gətirməyən dəstə olsun, (istər) yalan qurmaq üçün sənin sözünə diqqətlə qulaq asan yəhudilər olsun ki, başqa bir qövm üçün sənin yanına gəlib sözlərinə qulaq asırlar. Onlar kəlmələrin yerini dəyişir və deyirlər: "Əgər bu mətləb sizə verilmişsə, alın və qəbul edin. Əgər sizə verilməmişsə, uzaqlaşın. (Ey peyğəmbər,) Allah kimi istəsə sınağa çəkər, rüsvay edər. Sən heç vaxt Allahın qəhri qarşısında həmin şəxs üçün bir şey edə bilməzsən. Onlar həmin kəslərdir ki, Allah qəlblərini pak etmək istəməmişdir. Onlar üçün dünyada zillət və xarlıq, axirətdə böyük əzab var.”
Ayədən məlum olur ki, yəhudi alimləri bir qrup yəhudi və münafiqi İslam peyğəmbərinin yanına göndərib özləri həzrətlə üzbəüz gəlmək istəmirdilər. Onlar qorxurdular ki, İslamın göstərişləri onların Tövratda təhrif etdikləri göstərişlərə uyğun olsun. Onlar göndərdikləri adamlara tapşırırdılar ki, əgər İslam Peyğəmbərinin (s) sözləri bizim sözlərimizlə üst-üstə düşsə, qəbul edin, üst-üstə düşməsə rədd edin. Münafiqlər həzrət peyğəmbərin yanına gəlib ona diqqətlə qulaq asırlar ki, ona qarşı daha inandırıcı yalan və şayiə qoşa bilsinlər.
1. Peyğəmbərlər günahkarlara can yandırmışlar.
2. Küfrün meydanı var və bu meydanda bir dəstə sürətlə irəli gedib öz küfrünü artırır.
3. Düşmənlər küfr və nifaqa tələsirlər. Bəs nə üçün müsəlmanlar haqq yolda süstlük göstərməlidir?!
4. Nifaq küfrün artması səbəbidir.
5. Dildə izhar yox, qəlbdə qəbul imanın təsdiqidir.
6. Qəlbə hopmuş iman dəyərlidir.
7. Qəlb imanın mərkəzidir.
8. Münafiqlər və yəhudilər çiyin-çiyinə eyni bir hədəfi izləyirlər.
9. Dinləmək yox, dinləməyin səbəbi mühümdür.
10. Kafirlərin müsəlmanlar arasında casusları var. Din təbliğatçıları dinləyicilər arasında belələrinin olduğunu unutmamalıdırlar.
11. Təhrif yəhudilərin özünəməxsus xəyanətidir.
12. Təqvasız halda məlumat ötürülməsi ilə məşğul olmaq təhlükəli peşədir.
13. Səmavi kəlmələrin hər birinin öz xüsusi yeri var.
14. İlahi hökmlər bizim arzularımız əsasında tənzimlənmir. Biz Allahın əmrlərinə təslim olmalıyıq. (Ayə öz könül istəklərinə uyğun müctəhid, alim, hakim, qanun axtarışını qadağan edir.)
15. Günah insanın hidayət ləyaqətini onun əlindən alır.
16. Münafiqlər peyğəmbər şəfaətindən məhrumdurlar.
17. Hətta peyğəmbərlərin də inadkar və həvəsbaz təəssübkeşlərə qarşı kəsərli silahı yoxdur.
18. İlahi əzab insanın pis rəftarının ardınca nazil olur.
19. Daşlaşmış və inadkar qəlb ilahi lütfə çatmaqdan məhrumdur.
20. Axirət əzabının müqabilində dünya əzabı bir şey deyil.
21. Münafiqlərin həm dünyada bədbəxtçilikləri var, həm də qiyamətin böyük əzabı onların intizarındadır.
42. سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ
"Onlar yalan qoşmaq üçün diqqətlə dinləyirlər və daim haram mal (rüşvət və sələm) yeyirlər. Əgər (mühakimə üçün) sənin yanına gəlsələr, ya aralarında mühakimə et, ya da onlardan üz döndər. Əgər onlardan üz döndərsən heç vaxt sənə bir zərər yetirməyəcəklər. Əgər hakimlik etsən, aralarında ədalətlə mühakimə apar. Həqiqətən, Allah ədalət sahiblərini dost tutur.”