"Maidə” surəsi (9-10)
9. وَعَدَ اللّهُ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
"Allah yalnız iman gətirib saleh işlər görənlərə bağışlanma və böyük mükafatlar vəd etmişdir.”
10. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ
"Küfr edib, Bizim ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
Quranda bir neçə növ əcr, mükafatdan danışılır.
Allahın vədləri dəyişməzdir.
"Cəhim” atəşin şiddətlə şölələnməsi mənasını bildirir. İbrahimin əhvalatında nəql olunur ki, onu "cəhimə” atdılar. "Əshabul-cəhim” dedikdə isə daim cəhənnəmdə olanlar nəzərdə tutulur.
1. İman əməldən ayrı deyil.
2. İman və saleh əməl həm ötən səhvləri aradan qaldırır, həm də gələcəyi təmin edir.
3. İşin aqibətinə diqqət insanın çıxardığı qərarlarda mühüm rol oynayır.
4. Bağışlanma mükafata çatmanın müqəddiməsidir.
5. Kafirlərin və təkzib edənlərin cəzası əbədi cəhənnəmdir.
6. Təşviq əməl üçün stimuldur. Necə ki, hədələmə Quranın tərbiyə üsullarındandır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti