Allah qullarını sevən, onlar üçün gözəllik bəxş edən, onları bağışlayan, mərhəmət edən, onlara kömək edən və qarşılıqsız olaraq lütf edəndir. Müşriklər və inkar edənlər isə Allahın diləməsiylə Onun rəhmətindən məhrum olan kimsələrdir . Sonsuz ədalət sahibi olan Rəbbimiz, Özünə səmimi qəlblə iman edən saleh qullarını dünyada və axirətdə rəhmətiylə mükafatlandıracaq, inkardan dönməyən kəsləri isə cəhənnəm əzabıyla əzablandıracaq.
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.(Hədid Surəsi, 4)
Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabını lazımı kimi təqdir edən bir insan, həyatının hər anında, etdiyi hər işdə Allahdan içi titrəyərək qorxur. Bu qorxusuna görə Rəbbimizin razı olmayacağı hər davranışdan diqqətlə çəkinir. Ancaq bir tərəfdən də, Allaha səmimi bir sevgi və sədaqətlə bağlanır. Bu bağlılığa görə də, daima səhvləri üçün bağışlanma diləyib tövbələrinin qəbul ediləcəyini, Allahın razılığını qazanmaq üçün göstərdiyi ciddi səyə görə özünü cənnətiylə mükafatlandıracağını Allahdan ümid edir. Quranda iman edənlərin bu əxlaqı belə ifadə edilir:
Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk Surəsi, 12)
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!. (Ali İmran Surəsi, 102)
Allahı həqiqətən sevən hər mömin, Allahın əzabından, Allahın məmnuniyyətini və sevgisini itirməkdərn böyük bir qorxu duyur və bu səbəblə həyatı boyunca çox ciddi və səmimi səy göstərir. Allah Quranda bu əxlaqı yaşayan möminləri belə müjdələyir:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.. (İsra Surəsi, 19)