35. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
"Ey iman gətirənlər! Allahdan çəkinin və Ona doğru (yaxınlaşmaq üçün) vəsilə axtarın. Onun yolunda cihad edin. Bəlkə nicat tapasınız.”
Həzrət Əli (ə) buyurur: "Allah və onun peyğəmbərinə inam, Onun yolunda cihad, ixlas kəlməsi, namazın bərpası, zəkat ödəmək, ramazan ayında oruc tutmaq, həcc, ümrə, sileyi-rəhm (yaxınları yoxlamaq) gizli və aşkar infaqlar, yaxşı işlər Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitələrdir.
Əhli-beyt (ə) həmin möhkəm ip və Allaha yaxınlaşma vasitəsidir.
Təvəssül (vasitə seçmək) haqqında İbn Həcərin "Səvaiq”, Beyhəqinin "Sünən”, Darəminin "Səhih”, "Vəfaül-Vəfa” kimi sünni mənbələrində danışılmışdır. Bir çox Quran ayələrində də təvəssül məsələsinə toxunulmuşdur.
1. İman, təqva, şəfaət və cihad səadət və qurtuluş yoludur.
2. Nicat tapmaq üçün həm günahları tərk etmək, həm də buyuruqlara itaət etmək lazımdır.
3. Bütün xeyir işlər səadət üçün həm zəmin, həm də vasitədir. (Əlbəttə ki, əgər günahlar həmin zəminəni aradan qaldırmasa.)
36. إِنَّ الَّذِينَ كَفَرُواْ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُواْ بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
"Həqiqətən, kafir olan kəslər qiyamət günü əzabdan qurtulmaq üçün bütün yer üzündə olanları əldə edib fidyə versələr belə, onlardan qəbul olunmaz. Onlar üçün dərdli əzab var.”
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti