» » » "Maidə” surəsi (11-12)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "Maidə” surəsi (11-12)
    0
    Müəllif: Huseynci Medine | 12-11-2018, 10:00 | Baxılıb: 977
    "Maidə” surəsi (11-12)
    11. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَاتَّقُواْ اللّهَ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
    "Ey iman gətirənlər! Allahın nemətini özünüzə xatırladın. (Düşmənlərin) bir dəstəsi sizə düşməncəsinə əl uzatmaq fikrinə düşdükdə Allah onların əllərini gödəltdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
    Nöqtələr
    Ayədə hansı tarixi hadisənin nəzərdə tutulması barədə fikir ayrılığı var. Amma onu bütün uyğun hadisələrə aid etmək olar. Bütün hallarda müsəlmanlar düşmənin hücumlarına Allaha təvəkül etməklə qalib gəlmiş və nicat tapmışlar.
    Bildirişlər
    1. İlahi nemətlərin xatırlanması möminlər üçün zəruridir. (Çünki belə bir xatırlama həm şükür növüdür, həm də qürur və qəfləti insandan uzaqlaşdırır. Nemətləri xatırlayan insanın Allaha eşqi də çoxalır.)
    2. Mümkün təhlükələrin dəf olunması ən mühüm ilahi nemətlərdəndir.
    3. Təqva, təvəkkül və imanla Allahın lütfünü cəlb edin, düşmənin təhlükələrini özünüzdən uzaqlaşdırın. (İnsan günah etdikdə Allah düşməni ona qalib edir. Allaha diqqət nəticəsində isə düşmən dəf olunur.)
    4. Düşmənləriniz sizə yol tapmaq üçün daim təlaşdadırlar.
    5. Allaha təvəkkül iman və təqva şərtidir.
    6. Təqva və təvəkkül sayəsində Allah zikri və iman əldə olunur.
    12. وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ
    "Həqiqətən, Allah Bəni-İsraildən əhd aldı. Onların arasından (on iki tayfa üçün) on iki rəhbər seçdik. Allah onlara buyurdu: "Mən sizinləyəm. Əgər namazı bərpa etsəniz, zəkat ödəsəniz, peyğəmbərlərimə iman gətirib yardım göstərsəniz, Allaha yaxşı borc versəniz, şübhəsiz, günahlarınızı örtərəm və sizi altından çaylar axan bağlara daxil edərəm. Bundan sonra sizdən kim kafir olsa, həqiqətən, doğru yoldan azmışdır.”
    Nöqtələr
    "Əzzərtumuhum” "əzər” sözündən olub «hörmətlə yanaşı yardım göstərmək» mənasını bildirir.
    "Səvaəs-səbil” yolun ortasını bildirir və bu xətdən çıxmaq süqutla nəticələnir.
    Bəni-İsrailin rəhbərləri və qəyyumları həzrət Musanın vəzirləri və on iki tayfanın başçıları idilər. Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Məndən sonra xəlifə on iki nəfərdir. Onlar Bəni-İsrail hamiləri sayındadırlar.”  Əhli-beyt (ə) yolunun müxalifləri çox çalışdılar ki, bu rəqəmi dörd xəlifəyə, Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə aid etsinlər. Amma uyğun say onların nəzərləri ilə heç cür düz gəlmirdi. Bu yersiz səylər qarşısında həzrət Peyğəmbərin (s) dilindən bəyan olunmuş onlarla hədis var idi ki, bu hədislərdə on iki imamın adı bircə-bircə sadalanırdı. Bu sayaq hədislər mötəbər şiə və sünni kitablarında yetərincədir. Onların birincisi Həzrət Əli (ə), sonuncusu həzrət Mehdidir (ə).
    Bildirişlər
    1. Digər ilahi dinlərin proqramlarında da namaz, zəkat, peyğəmbərlərə yardım və infaq tapşırılmışdır.
    2. Namaz, zəkat, iman, peyğəmbərlərə yardım və infaq Allahın Öz bəndəsi ilə olması şərtləridir.
    3. Peyğəmbərlərə inam təklikdə kifayət etmir. Onlara yardım da zəruridir.
    4. Vacib əmrlərin bəzilərinə yox, hamısına əməl etmək səmərə verir.
    5. Allahın bəndələrinə yardım Allaha yardımdır.
    6. Borc yaxşı şəkildə verilməlidir. (Yaxşı maldan, yaxşı niyyətlə, dərhal və minnət qoymadan borc vermək lazımdır.)
    7. Borc mövzusunun namaz, zəkat, peyğəmbərlərə iman və onlara yardım mövzuları ilə yanaşı bəyan olunması borcun fövqəladə əhəmiyyətindən danışır. (Borc dedikdə xalqa edilən bütün yardımlar nəzərdə tutulur. Nümunə olaraq xalqa verilən borcu göstərmək olar.)
    8. Cəmiyyətin rəhbəri Allah tərəfindən təyin olunmalıdır. Peyğəmbərlərin də seçimi Allah göstərişlərinə əsaslanmalıdır.
    9. Namaz, zəkat, infaq ilahi rəhbərlərin qəbulu və onlara yardımla müşayiət olunduqda məna daşıyır.
    10. Rəhbər xalqın özündən olduqda müvəffəqiyyətə çatır.
    11. Behişt bəhanəyə yox, bahasına verilir. Namaz, zəkat, iman, yardım və infaq olan yerdə behişt də var.
    12. Behişt çirkaba batanların yeri deyil. Əvvəlcə təmizlənmək, sonra behiştə üz tutmaq olar.
    13. İlahi əfv əldə etməyin yolu iman və saleh əməldir.
    14. Əhd alındıqdan, höccət tamamlandıqdan, ilahi lütfü əldə etməyin şərtləri bəyan olunduqdan sonra üzr və bəhanəyə yer qalmır.
    15. İlahi göstərişləri inkar edən kəs orta yoldan çıxmışdır. (Bəli, namaz qılınması, zəkat ödənməsi, peyğəmbərlərə iman, əhdə vəfa asilərin əldən çıxardıqları orta yoldur.)

    Kitabın adı: Nur təfsiri (üçüncü cild)

    Müəllif: Möhsin Qəraəti



     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.