"Ali-İmran” surəsi (123-124)
123. وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
"Həqiqətən, Allah Bədr döyüşündə zəif olduğunuz halda sizə yardım etdi. Belə isə, Allahdan çəkinin. Bəlkə şükür edəsiniz.”
"Əzillətun” sözü ya Bədrdə möminlərin qüvvə azlığına, ya da döyüş vasitələrinin zəifliyinə işarədir. Bədr döyüşündəki çatışmazlıqların xatırlanması Ühüd döyüşü ilə müqayisədə müsəlmanların güclü olmasına işarədir.
Əvvəlki üç ayədə oxuduq ki, səbir və təqva insanı qoruyur. Bu ayədə isə nümunə olaraq Bədr mücahidləri göstərilir. Əvvəlki ayədə də təvəkküldən danışılırdı. Bədr mücahidləri təvəkkülün əməli nümunələridir. Ayə müsəlmanlara xitabən buyurur: Bədrdə Allahın yardımını gördüyünüz halda nə üçün Ühüddə qaçmaq fikrinə düşürsünüz?!
1. Döyüş meydanlarında qeybi yardımları yaddan çıxarmayın.
2. İlahi yardım möminlər üzərində ilahi vilayətin nişanəsidir.
3. Döyüş meydanlarında Allahın yardımını gördüyümüz üçün Allaha təvəkkül edək.
4. Döyüşün taleyini təbii amillər yox, ilahi yardımlar müəyyənləşdirir.
5. İlahi yardım istəyən hər bir insan təqvalı olmalıdır.
6. İlahi yardımların şükrü təqvalı olmaqdır.
124. إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ
"(Xatırla,) o zaman ki, möminlərə deyirdin: Nazil olmuş üç min mələklə Rəbbinizin sizə yardım etməsi sizə bəs deyilmi?!”
1. Xalqı ümidvar etmək və onların diqqətini qeybi yardımlara yönəltmək rəhbərlik vəzifələrindən biridir.
2. Döyüşçü üçün Allah lütfünə ümidvarlıq mühümdür.
3. Mələklər Allahın əmri ilə möminlərin xidmətində dururlar.
4. İlahi dünyagörüşündə insanların həyatı mələklər aləmi ilə əlaqədədir.
5. İlahi yardımlar Onun rübubiyyətinə əsaslanır.
6. Döyüş meydanında ilahi yardım vasitələrindən biri mələklərin nazil olmasıdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti