“Bəqərə” surəsi (165-166)
165. وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ
"Xalq arasında bəziləri Allahdan qeyri məbudlar seçir və onları Allahı sevməli olduqları qədər sevirlər. Amma iman sahiblərinin Allaha olan eşqləri daha şiddətlidir. (Bütlərə pərəstiş etməklə) zülm edənlər Allahın əzabını müşahidə etdikləri vaxt biləcəklər ki, bütün güclər Allahın əlindədir və Onun əzabı şiddətlidir.”
İmam Baqir (ə) buyurmuşdur: "Bu ayədəki "dunillah” və "əndad” sözləri bütləri bildirmir. Bu iki söz xalqın Allah kimi sevdiyi sitəmkar və azğınlara işarədir.”("Bihar”, c. 27, s. 184. )Ədəbi baxımdan "yuhibbunəhum” sözündəki "hum” hissəsi əşya yox, insanı bildirir.
Kamal və camal sevgisi məhəbbətin köküdür. Möminlər bütün kamillik və gözəllikləri Allahdan görürlər. Ona görə də ən böyük eşqləri Ona ünvanlanmışdır. Möminlərin eşq və məhəbbəti məşuqun ləyaqətinə əsaslanır. Bu eşq heç vaxt soyumur, sönükmür. Müşriklərin eşqi isə xəyala, cəhalətə, təqlidə və boş istəklərə əsaslanır.
1.Allahdan qeyrisinə pərəstiş və məhəbbət qadağandır.
2. Hisslər etiqadlarla bağlı olmalıdır.
3. Bəziləri nə qədər ki, pərdələr qaldırılmayıb və qiyaməti müşahidə etmirlər, öz yol və düşüncələrinin puçluğunu anlamırlar.
4. Ətrafı cəzb etməkdə qüdrət və güc təsirli amildir. Belədirsə, Allahdan qeyrisinə meyl etməyin.
166. إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ وَرَأَوُاْ الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الأَسْبَابُ
"Əzab müşahidə edildiyi və aradakı bağlar qırıldığı vaxt (küfr) başçıları öz ardıcıllarından zara gələrlər.”
Diqqətli olaq ki, rəhbərimiz kimdir, qəlbimizdə kimin eşqinə yer vermişik? Bilək ki, zalım hakimlər və Allahdan qeyriləri bizi öz mənafeləri üçün istəyirlər. Onlar bizim imkanlarımız hesabına öz dünya istəklərinə çatmaq arzusundadırlar. Qiyamətdə isə hamını boşlayıb, ardıcıllarından zara gəlirlər.
1. Əql və fitrətdən qaynaqlanmayan eşq və bağlılıq gec-tez soyuyası və ya düşmənliyə çevriləsidir.
2. Məhəbbət itaət zəminəsidir.
3. Gələcəyi düşünmək ağılın tələbidir. Qüdrət sahibi olan və təhlükəli bir gündə bizi himayə edə bilən kəsə məhəbbətli olaq.
4. Bağlılıq və məhəbbətlərin əsassızlıq ölçüsü təhlükəli günlərdə əzab görməkdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti