“Bəqərə” surəsi (161-162)
161. إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
"Şübhəsiz, kafir olub küfr halında dünyadan gedənlər Allahın, mələklərin, xalqın hamısının lənətinə gələcəkdir.”
162. خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ
"(Onlar) həmişəlik onda (lənətdə) qalarlar. Nə onların əzabından azalar, nə də onlara möhlət verilər.”
Əvvəlki ayədə bəyan olundu ki, haqqı gizlədənlər tövbə edib həqiqəti bəyan etsələr, Allahın lütfünə nail olarlar. Ayədə buyurulur ki, kafirlər tövbə etməyib küfr halında ölsələr, Allahın, mələklərin və bütün xalqın lənəti onların yaxasından yapışasıdır.
Sual: Ayədə bütün xalqın kafirlərə lənəti bəyan olunur. Aydın məsələdir ki, xalq arasında bəziləri ya kafirdir, ya da kafirlə dost. Bəs bütün xalqın lənəti dedikdə nə nəzərdə tutulur?
Cavab: Söhbət dünya və axirətdə lənətdən gedir. Dünyada kafir olub kafirlərlə dostluq edənlər axirətdə lənətə düçar olasıdır.("Bəqərə”, 132. )
İlahi övliyaların istəklərindən və dualarından biri dünyadan müsəlman getməkdir. Belə bir istəklə Yusif öz Allahına müraciət edir.("Zariat”, 47. )Həzrət İbrahim və Yaqub öz övladlarına tapşırırlar ki, yalnız müsəlman, Allaha təslim olmuş halda ölsünlər.(Nəbə”, 12. )
1. Küfrdə dayanmaq və ya küfr halında ölmək Allahın rəhmətindən əbədi məhrumluqla müşayiət olunur.
2. Ən əsası insan ömrünün sonudur. Mühüm odur ki, insan dünyadan imanlamı gedəcək, yoxsa imansız?
3. Cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması dünyaya aiddir. Qiyamətdə nə yüngülləşdirmə var, nə də təxir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti