“Bəqərə” surəsi (209-210)
209. فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُواْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ
"Əgər sizə aşkar dəlillər gəldikdən sonra büdrəməyə düçar olsanız, bilin ki, Allah əziz və həkimdir. (O Öz hikməti əsasında əməl edir və heç bir qüdrət Onun iradəsinin qarşısını ala bilmir.)”
1. Allah höccəti tamamlayır, bəhanəyə yer qoymur.
2. Bilərəkdən xilaf iş görənlər əzab intizarında olsunlar.
3. Sizin təslim olmamağınızın Allahın izzətinə heç bir təsiri yoxdur.
Küfrə düçar olsa kainat tamam, Bir zərrə toz düşməz zatına, inan.
4. Allahın cəzası hikmət əsasındadır.
210. هَلْ يَنظُرُونَ إِلاَّ أَن يَأْتِيَهُمُ اللّهُ فِي ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلآئِكَةُ وَقُضِيَ الأَمْرُ وَإِلَى اللّهِ تُرْجَعُ الأمُورُ
"Yoxsa bunu gözləyirlər ki, Allah və mələklər buludların kölgəsində onlara doğru gəlsin və iş bitsin? Halbuki aşkar ayələrdən sonra heç nəyə ehtiyac yoxdur.) Bütün işlər Allaha doğru dönəsidir.”
Peyğəmbərlərin dəvəti dəlil və möcüzə yolu ilə gerçəkləşir. Amma bəzən bəhanəcil xalq başqa şeylər gözləyir. Allah hər işə qadirdir. Bununla belə buyurur: Gözlədiyiniz baş verdikdən sonra da inadkarlıq etsəniz, Allahın qəhri sizi bürüyəcək, üzr və tövbə üçün möhlət olmayacaq... Deyilənlərin nümunəsi olaraq həzrət İsadan istənilmiş səmavi süfrəni (maidəni), həzrət Salehdən tələb olunan dəvəni göstərə bilərik. Əslində istədiyi möcüzə baş verən xalq dərhal itaət etməlidir. Əks təqdirdə onu Allahın qəzəbi bürüyəsidir. Əlbəttə, insanların möcüzə istəyi o vaxt gerçəkləşir ki, onların istəyi qeyri-mümkün olmasın. Məsələn, bir şəxs Allahı görmək istəsə, bu iş mahal olduğundan gerçəkləşəsi deyil. Belələrinə dərhal rədd cavabı verilir.
Allahın yaranış və tərbiyə nizamı sizin istəyinizə əsaslanmır. Bəlkə də siz Allahın və mələklərin buludlar üzərində sizə gəlməsini istəyəsiniz. Kimi də arzu edə bilər ki, mələklər onunla danışsın. Amma bütün bu işlər mümkün deyildir.
1. Peyğəmbərin risalətinin aşkar dəlilləri olduğu halda yersiz tələblər etmək qadağandır.
2. Allahı və mələkləri görmək tələbi haqdan qaçmaq üçün bir bəhanədir.
3. Hər şeyin qayıdışı Allaha doğrudur. Onun əsərlərini gördüyünüz halda nə üçün Onun Özünü görmək istəyirsiniz?
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti