“Bəqərə” surəsi (131-132)
131. إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ
"(Xatırlayın,) o zaman ki, Allah İbrahimə buyurdu: "Təslim ol.” (İbrahim) dedi: "Aləmlərin Rəbbi qarşısında təslim oldum.”
1. İlahi məqamlar və lütflər dəlil olmadan kimsəyə verilmir. Allah İbrahimi Öz qarşısındakı təslimçilik ruhiyyəsinə xatir seçdi.
2. İnsanın Allah qarşısında təslim olmasının fəlsəfəsi budur ki, Allah aləmlərin Rəbbidir.
132. وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ
"İbrahim və Yaqub öz övladlarına həmin ayinləri tapşırdılar. (Dedilər,) ey mənim övladlarım! Allah sizin üçün bu dini seçmişdir. Belədirsə, yalnız təslim olmuş halda ölün.”
1.Öz nəsliniz və övladlarınızın sağlam əqidə və imanı fikrində olun. Öz vəsiyyətlərinizdə yalnız maddi yönümlə kifayətlənməyin.
2. Haqq yol İslam və Allah qarşısında təslimçilik yoludur. Peyğəmbərlər həmin yolu sifariş etmişlər.
3. Allah bütün yollar içindən bizim üçün din yolunu seçmişdir.
4. Gözəl sonluq, müsəlman ölmək mühümdür. İman gətirdiyi halda dünyadan mürtəd və kafir gedənlər də olmuşdur.("Ali-İmran”, 52.)
5. Ölüm zamanı və məkanı bizə qaranlıq olsa da, düzgün əqidə və əməl, dua və günahdan uzaqlıq yolu ilə xoşbəxt sonluq üçün zəmin hazırlaya bilərik.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti