![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Bəqərə” surəsi (107-108)
107. ﴿أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ﴾
“Məgər bilmirsənmi ki, göylərin və yerin hökuməti Allaha məxsusdur? (Onun hikmət əsasında dəyişiklik etməyəhaqqı var.) Sizin Allahdan başqa heç bir yardımçınız və himayədarınız yoxdur.”
◘Bəzi hökm və göstərişlərin dəyişməsinə etiraz edənlər Allahın mütləq hakimiyyətinə diqqətsizdirlər. Allahın hakimiyyəti daimi, zati və ümumidir. Allahın hakimiyyətindən qeyri hakimiyyətlər məhdud, müvəqqəti, razılığa əsaslanan və qeyri-zatidir. Bəni-İsrail ilahi hakimiyyət haqqında belə düşünürdü ki, Allah hansısa işi görməkdə qüdrətsizdir və Onun əli bağlıdır.Hansı ki, yaranışda, eləcə də qanunların tənzimlənməsi və dəyişdirilməsində Allahın əli açıqdır.
1. Göylərin və yerin həmişəlik və mütləq hakimiyyət haqqı Allaha məxsusdur.
2. Qanunları dəyişmək göylərin və yerin hakimi olan Allahın işidir. Ona görə də bu dəyişiklikdə qorxu və təlaşa yer yoxdur...
Bəhanəçi və inadkar adamları razı salmağa çalışmayın. Çünki sizə Allahdan başqa yardımçı və himayəçi yoxdur.
108. ﴿أَمْ تُرِيدُونَ أَن تَسْأَلُواْ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِن قَبْلُ وَمَن يَتَبَدَّلِ الْكُفْرَ بِالإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ﴾
“Bundan qabaq Musa sorğu-suala tutulduğu kimi, siz də öz peyğəmbərinizə yersiz sual və istəkləriniziünvanlamaqmı istəyirsiniz? Küfrü imanla mübadilə edən, şübhəsiz, doğru yoldan azmışdır.”
◘Ayənin özünə və onun nüzul şəni haqqındakı məlumatlara görə, bəzi zəif imanlı müsəlmanlar və bəzi müşriklər peyğəmbərə yersiz və məntiqsiz suallar verirdilər. Məsələn, ondan istəyirdilər ki, Allah tərəfindən bir namə gətirsin. Ondan çaylar axıtmasını tələb edənlər də vardı. Bəni-İsrail kimi deyirdilər ki, Allahı bizə aşkar göstər, Onu görüb iman gətirək!
◘Peyğəmbərin haqlı olduğunu göstərmək üçün möcüzəyə və höccətin tamamlanmasına ehtiyac var. Amma hər yoldan ötənin istəyini yerinə yetirmək düzgün deyil. Bir mühəndis və ya rəssam öz məharətini göstərmək üçün işlərindən bir neçə nümunə təqdim edir. Amma hər yoldan ötən üçün əsər yaratmağa zərurət yoxdur.
◘Peyğəmbərlərin tarixini və onların rastlaşdıqları çətinlikləri bəyan etməkdə məqsəd İslam peyğəmbərinə təsəlli verməkdir. Peyğəmbərə bildirilir ki, əvvəlki peyğəmbərlərə də belə yersiz istəklərlə müraciət olunmuşdur.
1. Yersiz sual və istəklərdən çəkinin. Bəzən bu işlər küfr zəminəsi yaradır.
2. Digər din ardıcılları üçün olan təhlükələr müsəlmanlar üçün də mövcuddur.
3. Başqalarının aqibətindən ibrət götürün.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |