Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (33 və 34-cü hissə)
33. ﴿قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ﴾
“Allah buyurdu: “Ey Adəm, mələklərə onların adlarını xəbər ver.” Adəm mələklərə onların adlarını bildirdikdə Allahbuyurdu: “Sizə göylərin və yerin sirlərini, sizin aşkarda və gizlində etdiklərinizi bildiyimi söyləmədimmi?”
Bildirişlər
1. Layiqli istedadlara çiçəklənmə fürsəti verin. (“Ənbihum biəsmaihim”)
2. Allahın keçirdiyi elmi sorğuda Adəm mələklərdən üstün oldu. (“Fələmma ənbəəhum biəsmaihim.”)
3. Mələklər bəzi sözləri desələr də, bəzi məsələləri gizlədilər. (“Kuntum təktumun”)
34. ﴿وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ﴾
“Mələklərə “Adəmə səcdə edin” dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdi. İblis boyun əyməyib təkəbbürlükgöstərdi
və kafirlərdən oldu.”
Nöqtələr
◘Quranın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. (“Kanə minəl-cin”)
◘Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. (“Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Amma Adəmə səcdə etmədi!
◘İblis iki azğınlığa yol verdi:
a) Etiqadi azğınlıq; "Əba" (boyun əyməmək) onun günahının səbəbi oldu.
b) Əxlaqi azğınlıq; Təkəbbür İblisin cəhənnəmə getməsinin səbəbi oldu.
◘Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyurulur: “Sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə “Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.İmam Səccad (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) buyurdu ki, Adəmə səcdə onun züryətinə və nəslinə xatir idi.
◘Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların möminlərə nazil olması və onlar üçün istiğfarları daimidir. “Allah bizim Rəbbimizdir” deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar”.
◘Adəmə cisminə görə yox, ilahi ruhuna görə səcdə edilməli idi.
◘Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır.
Bildirişlər
1. İnsan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. (“Uscudu li Adəmə”)
2. Ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. (“Uscudu li Adəmə”)
3. Əməldə itaətsizlikdən də təhlükəli olan şey Allah əmrinə etiqadsızlıqdır. (“Əba vəstəkbər”)
4. İblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. (“Kanə minəl kafirin “)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |