Rəbbimizə yaxın olaq
+5
Müəllif:
♥kerbubela♥ | 31-01-2014, 06:50 | Baxılıb: 1 158
Ey insan! Bil ki, Allah aləmlərə möhtac deyil. İbadət edənlərin ibadəti ONA fayda verməz. Günahkarların masiyəti də ONA zərər verməz. İbadətin faydası da, masiyətin zərəri də sahibinədir. Allahu Təala belə buyurur: "Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız." (Casiyə surəsi 15)
Qul, Allahu Təalaya ibadət etmək üçün yaradıldığından; bu qulluğu reallaşdırmadan başqa bir diyarda və axirətdə onun üçün bir qurtuluş yoxdur. Müsəlmanın; hər əmri yerinə yetirmək və hər qadağandan çəkinmək surətiylə Rəbbinə yaxınlaşması üçün Allah, ibadət növlərini bildirmiş, Quran və Sünnə ilə onları insanlara açıqlamışdır. Bu qulluğa zidd düşən vəziyyətləri də bildirmişdir. Allahu Təala belə buyurar: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)" (Həcc surəsi 77) Və belə buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr surəsi 7) Rəsulullah sallallahu əleyhi və səlləm də belə buyurur: "Sizə qadağan etdiyim şeydən qaçının və sizə əmr etdiyimi gücünüz çatdığınca edin. Sizdən əvvəlkiləri ancaq çox sual soruşmaları və peyğəmbərlərinə qarşı gəlmələri həlak etdi" (Bu hədisi, Buxari və Müslim, Əbu Hüreyrə ənh kanalıyla rəvayət edib).
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.