Bismillahir Rəhmanir Rəhim!
Möhtərəm oxucu!
Allahu Təala "Mənə dua edin ki, duanızı qəbul edim" buyurur.
Bu oxuduğumuz ayəti Kərimə, Mömin surəsinin 60-cı ayətidir. Allahu Təala biz qullarından hər zaman dua edərək özündən yardım istəməmizi bildirir.
Ama düşünən olar ki, mənim günahım çox, duam qəbul olurmu? Belə əndişələnməmizə, narahat olmağımıza dəyməz. Çünki Allahü Təala, Bakara Surəsinin 186-cı ayətində: "Mənə əl açıb yalvaran qulumun duasını qəbul edərəm", buyurur.
Bu ayəti kərimələrdən öyrənirik ki, öz səadətimiz, salamatlığımız üçün dua etməmiz gərəklidir.
Sevgili Peyğəmbərimiz Hz. Mühəmməd Əleyhissəlam buyurur: "Allahu Təala yanında duadan daha şərəfli, qiymətli-dəyərli, heç bir şey yoxdur". " Yücə Rəbbimiz özündən istənməyi sevər", yəni əslində dua etmək arzusu insanın mayasında, yaradılışında vardır. Dua etmək, insanın ruhu ehtiyacıdır. İnsan çarəsizlik içində qaldığı zaman, ruhu daralıb sıxıntılar içində qıvrıldığı an qüvvət və qüdrət sahibi olan Allahdan yardım istəmək ehtiyacını özündə hiss etdiyini duyar.
Onun üçün də Cənab-i Hak, Quran-i Kərimində buyurur ki: "Sıxılıb darda qalan qulunu, çarəsizlik içində qıvrılıb duran kimsəni dua edib yalvardığında imdadına yetişib yardım edən, ancaq Allahu Təaladır ".
Hz. Yunis Peyğəmbər (Əleyhissəlam), balığın qarnına düşdüyü zaman, " Ya Rəbbi, Səndən başqa heç bir illah yoxdur" deyə yalvarıb dua etdi. Allahu Təala, Yücə Peyğəmbəri Hz. Yunis (Əleyhissəlamı) diri-diri, sağ-salamat balığın qarnından burnu belə qanamadan qurtardı.
Bu yardımı Allahdan başqa heç bir kimsə edə bilməzdi. Bu qüvvət və qüdrət ancaq Allaha məxsusdur.
Yenə Peyğəmbərimiz Əleyhissəlam buyurur:
Qul dua etdiyində üç şeydən birinə qovuşur:
1- Ya etdiyi dua səbəbi ilə günahı bağışlanır.
2- Və ya əvvəlcədən bir mükafata qovuşur.
3- Və yaxud da axirətdə qarşılığını görür.
Bu Hədis-i Şərif, dua etdim də qəbul etmədi deyən kimsəlrə gözəl bir dərs verir. Çünki yapılan dua sahibinə mütləq bir xeyir və fayda gətirir.
Dua etmənin səvabı coxdur.
Sevimli Peyğəmbərimiz (Əleyhissəlam) buyurur ki: "Dua ibadətin özü və iliyidir. Dua inananların silahıdır ".