"Ali-İmran” surəsi (55-56)
55. إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
"(Xatırla,) o zaman ki, Allah buyurdu: "Ey İsa! Mən səni (yerdən) götürüb Özümə doğru qaldıraram və səni kafir olanlardan pak edərəm. Qiyamət gününədək sənin ardıcıllarını kafirlərdən üstün edərəm. Sonra qayıdışınız Mənə doğrudur. İxtilafda olduğunuz məsələlərdə aranızda hakimlik edəcəyəm.”
Kafirlərin məkri qarşısında Allahın tədbiri bu ayədə bəyan olunmuşdur.
İmam Baqir (ə) buyurmuşdur: " Həzrət İsanın meracı mübarək ramazan ayının iyirmi birinci gecəsi baş verdi.("Təfsire-Nurus-səqəleyn”. )
1. Başqa peyğəmbərlər üçün də merac olmuşdur.
2. Kafirlərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.
3. Məsihilərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.
4. Peyğəmbərlərin ardıcılı olmaq qələbə rəmzidir.
5. İslamın bütün dünyaya ünvanlanması İslamın pənahındakı məzhəbi azlıqların vücudu ilə zidd deyil. "Qiyamət gününədək” təbirindən aydın olur ki, yəhudi və məsihilər qiyamət gününə qədər mövcud olasıdırlar.
6. Hamının qayıdışı Allaha doğrudur və O, sorğu-sualsız hakimdir.
56. فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
"Kafir olan dəstələri dünya və axirətdə ağır əzaba düçar edərəm və onlara heç bir yardımçı olmaz.”
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti