"Ali-İmran” surəsi (41-42)
41. قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ
"Zəkəriyya dedi: Pərvərdigara! Mənim üçün bir əlamət qərar ver. (Məndə əminlik yaransın.) Buyurdu: Üç gün xalqla danışmamaq, yalnız işarə ilə əlaqə saxlamaq sənin üçün nişanə oldu. Rəbbin çox yad et, gecə və gündüz Ona təsbih de.”
1. Xalqla ünsiyyətdə ikən insanın dilini bağlaya bilən, ilahi zikr üçün açan Allah qoca ata-anadan dünyaya övlad gətirə bilər.
2. Peyğəmbərlər yəqin və şühud məqamına çatmaq axtarışındadırlar.
3. Allah istədiyi vaxt işin səbəbini aradan götürür və dil danışmaq gücünü itirir.
4. Allahın lütfü artdıqca Onun zikri də artmalıdır.
5. Allah zikri nə qədər çox olsa, bir o qədər yaxşıdır.
6. İlahi zikrlər arasında "təsbihin” xüsusi yeri var.
42. وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ
"(Yada sal,) o zaman ki, mələklər dedi: "Ey Məryəm! Həqiqətən, Allah səni seçmiş, paklamış və dünya qadınlarından üstün etmişdir.”
"İstəfa” sözü "əla” şəkilçisi ilə işləndikdə «irəli olmaq», həmin şəkilçisiz isə «seçim» mənasını verir.
"Əl-Mənar”, "Qurtubi”, "Məraği”, "Ruhul-bəyan”, "Kəbir” təfsirlərində oxuyuruq ki, dünya qadınlarının önündə dörd qadın durur: Məryəm, Asya, Xədicə və Fatimə (s). Əhli-beyt rəvayətlərində də qeyd olunur ki, Məryəm öz dövrünün ən üstün qadını olmuşdur. Həzrət Fatimə (s) isə tarixin birinci xanımıdır.("Təfsire-Nurus-Səqəleyn”. )Əlbəttə, hikmət sahibi olan Allah istənilən bir şəxsi ləyaqətinə, xüsusi qabiliyyətlərinə görə seçir.
1. Mələklər peyğəmbər olmayanlarla da danışır.
2. Qadın ilahi rəhbər məqamına çata bilər və Allah ona bildiriş göndərər.
3. Həzrət Məryəm həm kamilliyinə görə seçilmişdi, həm də digər qadınlardan üstün idi. Ona görə də öncüllük mənası bildirən "istəfaki” sözü iki dəfə təkrarlanmışdır.
4. Həzrət Məryəm məsum olmuşdur.
5. Həzrət Məryəm qadınlar üçün nümunədir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti