"Ali-İmran” surəsi (33-34)
33. إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ
"Doğrudan da, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini dünya əhli üçün seçdi.”
Əvvəlki ayədə peyğəmbərə itaət göstərişi verildi. Bu ayədə əvvəlki göstərişin dəlili olaraq bildirilir ki, Allahın seçimi insanların kamal baxımından bir-birindən üstün olmasına əsaslanır.
Peyğəmbərlərin seçilməsi vəhy, elm, iman və ismət yolu ilə gerçəkləşir.("Kafi”, c. 8, s. 117. )
İmam Baqir (ə) hazırkı ayə haqqında buyurmuşdur: "Biz həmin seçilmişlərdən və həmin ailədən qalanlarıq.”("Təfsire-Əyyaşi”, c. 1, s. 168. )
1. Bütün insanlar eyni səviyyədə olmur. Allah bəzi insanları ağır risalət yükü ilə vəzifələndirmək üçün üstün edir.
2. Bəşər nəslinin ilk övladı Allahın peyğəmbəri olmuşdur ki, insanlar heç vaxt hidayətsiz qalmasınlar.
3. Bəşər tarixi boyu peyğəmbərlik cərəyanı davam etmişdir.
4. Bəzi peyğəmbərlərin risaləti bütün dünyanı əhatə etmişdir.
34. ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ
"Övladlardan bəziləri bəzi digərlərindəndir. (Onlar seçilmiş ataların olub, paklıqda bir-birinin oxşarıdırlar.) Allah eşidən və biləndir.”
1. Tarix boyu peyğəmbərlər pak nəsillərdən olmuşlar.
2. Bəzi xüsusiyyətlər və kamilliklər irsi yolla ötürülmüşdür.
3. Allah hətta üstün etdiklərinin də danışıq və əməllərinə nəzarət edir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti