"Ali-İmran” surəsi (53-54)
53. رَبَّنَا آمَنَّا بِمَا أَنزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
"Pərvərdigara! Nazil etdiyinə iman gətirmişik və peyğəmbərə itaət edirik. Bizi şahidlər zümrəsində yaz.”
Ərəbcə "minəş-şahidin” sözündə yox, "məəş-şahidin” sözündə «himayə» mənası var. Əvvəlki ayədə həzrət İsa şahid kimi tanıtdırıldı. Demək, şahidlərlə olmaq, peyğəmbərlərlə olmaqdır.
1. Peyğəmbərə itaət iman şərtidir.
2. Bütün ilahi göstərişlərə iman lazımdır.
3. Allahdan diləyək ki, imanımızı sabit qərar verib, bizi peyğəmbər himayəçilərindən buyursun.
54. وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ
"(İsanın düşmənləri) öz tədbirlərini (onu qətlə yetirmək üçün) işə saldılar. Allah da öz tədbirini işə saldı. Allah ən yaxşı tədbir görəndir.”
İmam Riza (ə) buyurmuşdur: "Allahın məkri” dedikdə məkr və hiylənin cəzası nəzərdə tutulur. Allah məkr əhli deyil ki, bu ifadə başqa şəkildə təbir olunsun.(Uyune-əxbarir-Riza”, c. 1, səh. 126. )
Ayədə ilahi sünnələrdən birinə işarə olunsa da, əvvəlki ayəyə əsasən, həzrət İsa Bəni-İsrailin küfrünü hiss etdi. İsanın göyə aparılmasını bildirən növbəti ayəyə görə, burada məkr» dedikdə həzrət İsanın qətlə yetirilmə qurğusu nəzərdə tutulur. Həzrət İsanın zamanında bir dəstə kafir onu qətlə yetirmək fikrinə düşdü, hətta onun həbsinə kömək edən şəxs üçün mükafat da təyin etmişdilər. Bütün bunlar həzrət İsanın edamı və dara çəkilməsi üçün idi. Amma Allah onların planını pozdu və İsaya ən üstün şəkildə nicat verdi”.
1. Allah öz övliyalarının dayağıdır.
2. İnsanın tədbir və hərəkəti ya qəzəb, ya da lütf səbəbidir.
3. İlahi cəza insanın günahına mütənasib olur.
4. Allahın iradə və tədbiri bütün səy və təlaşların fövqündədir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti