"Ali-İmran” surəsi (15-16)
15. قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللّهِ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ
"De ki, sizə bundan yaxşısı haqqında xəbər verimmi? Təqvalı kəslər üçün Allahın yanında altından çaylar axan bağlar vardır. Həmişə oradadırlar və pak zövcələri (olacaq). Allahın razılığı (onların halına şamildir). Allah bəndələrinin halını görəndir.”
Əvvəlki ayənin son cümləsində oxuduq ki, yaxşı aqibət Allahın yanındadır. Ayə yaxşı əməl sahiblərinin behiştindən bir lövhə təsvir edir.
1. Xalqı haqqa dəvət edərkən onları dünya və axirətin müqayisəsinə çağıraq.
2. Behişt sabitliyi və Allahın razılığı hara, dünyanın müvəqqəti və davamsız ləzzətləri hara?!
3. Təqvalı insanlar dünyanın bər-bəzəyinə vurulmurlar. Əvvəlki ayədəki "nas” sözünün yerinə bu ayədə "müttəqilər” sözü işlənmişdir.
4. Axirət nemətlərinə çatmaq ölçüsü təqvadır.
5. Təşviq təbii və fitri istəklərlə uyğun olmalıdır.
6. Paklıq, pakizəlik ən böyük dəyərdir.
7. Müttəqilər üçün nəzərdə tutulmuş ləzzətlər yalnız maddi ləzzətlər deyil. İlahi razılıq ən üstün mənəvi ləzzətdir.
8. Çox da təqva iddiasında olmayaq. Allah görən və biləndir.
16. الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
"(Təqvalılar) o kəslərdirlər ki, deyərlər: Pərvərdigara! Həqiqətən, biz iman gətirdik. Günahlarımızı bağışla və bizi atəş əzabından qoru.”
1. Müttəqilər daim tövbə və dua halındadırlar.
2. İman ilahi əfvin zəminəsidir.
3. Əfv rübubiyyət şəni və tərbiyə şərtidir.
4. Allahın qəhr və qəzəbindən qorxu təqva nişanələrindəndir.
5. Öz yaxşı işlərinizə güvənməyin. Təqvalı olsanız da, Allahın qəhr və qəzəbindən qorxun.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti