“Bəqərə” surəsi (139-140)
139. قُلْ أَتُحَآجُّونَنَا فِي اللّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ
"(Ey peyğəmbər! Kitab əhlinə) de ki, yoxsa Allah haqqında bizimlə mübahisə edirsiniz? Bir halda ki, O bizim və sizin Allahınızdır. Bizim əməllərimiz bizim üçün, sizin əməlləriniz isə sizin üçündür. Biz Onun üçün xalisanə ibadət edirik.”
Bu ayə kitab əhlinə bir xəbərdarlıqdır. Onlar əsasız iddialarından əl götürməlidirlər. Onlar deyirdilər: Biz Allaha daha yaxınıq, onun övladlarıyıq və ya əzizləriyik. Bəni-İsrail elə güman edir ki, bütün peyğəmbərlər həmin nəsildən olmalıdır. Onlar dinlərinin və səmavi kitablarının qədimliyinə görə özlərini üstün sayırdılar. Onlara elə gəlirdi ki, Allahın lütfü yalnız onların halına şamildir. Elə bu düşüncələrlə də müsəlmanlarla didişirdilər.
1. Bütün bəşəriyyətin ixtiyar sahibi Allahdır. Onun hamıya lütfü var. O istənilən bir nəsildən olan insana xüsusi ətalar edə bilər.
2. Hər kəsin xoşbəxtliyi onun əməllərindən asılıdır. İddia və şüar səmərəsizdir.
3. Allaha yaxınlıq ölçüsü xalisanə ibadət və Allahı şəriksiz bilməkdir.
140. أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَـقَ وَيَعْقُوبَ وَالأسْبَاطَ كَانُواْ هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللّهُ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
"Yoxsa deyirlər ki, İbrahim, İsmail, İshaq, Yaqub, Əsbat yəhudi və məsihi idilər? De ki, siz yaxşı bilirsiniz, yoxsa Allah? (Nə üçün həqiqəti gizlədirsiniz?) (Peyğəmbərlər haqqında) ilahi and və şəhadəti Allahın yanında ola-ola gizlədəndən də zalımı kimdir? Allah sizin əməllərinizdən xəbərsiz deyil.”
Bu ayə kitab əhlinə digər bir xitabdır. Siz yəhudiliyiniz və ya məsihiliyinizlə o qədər fəxr edirsiniz ki, hətta Allahın ən böyük övliyalarına ən ağır böhtanlar da atmağa hazırsınız! Yoxsa Tövrat və İncildən əvvəl gəlmələrinə baxmayaraq, İbrahimi, İsmaili, İshaqı, Yaqubu və başqa peyğəmbərləri yəhudi və məsihi sayırsınız? Bildiyiniz həqiqəti gizlətməyiniz sitəmkarlıq deyilmi? Siz aşkar tarixi bir həqiqəti xalqdan gizləyirsiniz və iddia edirsiniz ki, bütün peyğəmbərlər yəhudi və məsihi olmuşdur. Amma unutmayın ki, Allah sizin bütün işlərinizdən xəbərdardır.
1. İnsanda təəssüb elə bir həddə çata bilər ki, o hətta tarixi gerçəklikləri də təhrif və inkar etməkdən çəkinməz.
2. Zülmlərin ən böyüyü etiqadi zülm və həqiqətlərin gizlədilməsidir.
3. Allahın pərdələmə və zülmlərdən xəbərdar olduğu yadımızda qalmalıdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti