Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Tarix yalançıları
Seyf ibni Ömər yalan tarix yazanlardan biri idi. O, öz rəvayətində əsassız mətləblər düzəltməklə tarixi təhrif etməyə çalışmışdır. O, bu barədə nəql edir ki, Təlhə və Zübeyr Malik Əştərin qılıncından qorxduqlarına görə beyət etmişdilər.("Tarixi-Təbəri", 5-ci cild, səh.157 )
Bu, Təbərinin əvvəlcə nəql etdiyi rəvayətlə ziddir və Əli (ə)-ın sözləri ilə də düz gəlmir. Bundan da əlavə azadlıqla, Əli (ə)-ın hökumət üsulu ilə tamamilə müxalifdir. Imam (ə) onunla beyət etməyən bir neçə nəfəri azad buraxdı və onlara etina belə etmədi. Hətta İmam (ə)-a "onların dalınca bir nəfər köndər" deyiləndə, belə buyurdu: "Onların beyətinə mənim ehtiyacım yoxdur."("Şərhi "Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid), 4-cü cild, səh.9 )
Xoşbəxtlikdən "Tarixi-Təbəri" kitabı "müsnəd"dir, onun rəvayətlərinin sənədi də məlumdur. Buna görə də, əsassız və saxta rəvayətləri ayırd etmək tamamilə mümkün bir işdir. Əksər vaxtlar üç xəlifənin xeyrinə, Peyğəmbər (s) ailəsinin zərərinə olan bu cür rəvayətlərin ustası Seyf ibni Ömərdir. Ibni Həcər Əsqəlani "Təhzibüt-təhzib" kitabında (4-cü cild, səh.296) onun barəsində belə yazır: "O, saxta hədis düzəldən bir adamdır. Onun nəql etdikləri dəyərsizdir və onun nəql etdiyi hədislərin hamısı alimlər tərəfindən rədd olunmuşdur. O, dinsizliklə də müttəhim olunmuşdur.("Təhzibüt-təhzib", 4-cü cild, səh.296 )
Amma təəssüflər olsun ki, onun düzəltdiyi saxta rəvayətlər "Tarixi-Təbəri"dən əlavə, "Tarixi ibni Əsakir", "Kamili-Ibni Əsir", "Əl-bidayətü vən-nihayə", "Tarixi ibni Xəldun" kimi digər tarixi kitablarda da yayılmışdır. Onların müəlliflərinin hamısı azacıq tədqiqat aparmadan, birbaşa Təbəriyə tabe olmuş və onun nəql etdiyi şeylərin elə həqiqətin eyni olmasını güman etmişlər.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |