Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İnqilabçıların Əli (ə)-la beyət etmələri
Qeyd edilən amillər dördüncü dəfə olaraq Imam (ə)-ı xilafətdən məhrum edə bilərdi, amma inqilabçıların qüdrəti və ümumxalq kütləsinin onlara dayaq durmaları mənfi ünsürləri təsirsizləşdirdi; Peyğəmbər (s)-in dostları kütləvi şəkildə Əli (ə)-ın evinə gəlib dedilər ki, xilafət üçün ondan ləyaqətli bir şəxs yoxdur.(Yenə orada, səh.152 )
Əbu Müxnəf "Əl-Cəməl" kitabında yazır: Osman öldürüləndən sonra müsəlmanlardan təşkil olunmuş böyük bir dəstə məscidə yığışdı. Məscid ağzına kimi dolu idi. Məqsədləri xəlifə təyin etmək idi. Mühacir və ənsardan Əmmar Yasir, Əbül-Heysəm ibni Təyhan, Rəfaət ibni Rafe, Malik ibni Əclan, Əbu Əyyub Ənsari və s. kimi böyük şəxsiyyətlər rəy verdilər ki, Əli (ə)-la beyət etsinlər. Hamıdan çox Əmmar Əli (ə) barəsində söhbət edərək axırda dedi:–Siz əvvəlki xəlifənin vəziyyətini gördünüz. Əgər cəld hərəkət etməsiniz, ona oxşar hadisəyə düçar ola bilərsiniz. Əli (ə) bu iş üçün ən ləyaqətli şəxsdir, hamınız onun fəzilətlərindən və keçmişdəki xidmətlərindən xəbərdarsınız.
Bu vaxt camaatın hamısı bir səslə dedi:–Biz onun xilafətinə və vilayətinə razıyıq.
Sonra hamısı yerindən qalxıb Əli (ə)-ın evinə tərəf axışdı.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 4-cü cild, səh.8 )
Imam (ə)-ın özü camaatın onun evinə daxil olmasını belə vəsf etmişdir: "Onlar karvandakı susuz dəvələrin ayağının ipini açıb buraxdıqda yaranan izdiham kimi mənim üstümə hücum etdilər. Mən elə güman etdim ki, məni öldürmək, yaxud da onların bəziləri bəzilərini mənim hüzuruma dartıb gətirmək istəyirlər."("Nəhcül-bəlağə", 53-cü xütbə )
O həzrət "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir: "Onlar kaftarın boynunun tükləri kimi dövrəmə tökülüşdülər və hər tərəfdən mənə tərəf hücum etdilər, hətta Həsən və Hüseyn ayaq altında qaldı, əbamın və paltarımın bir tərəfi cırıldı. Onlar qoyun sürüsü kimi mənim ətrafımı tutmuşdular. Nəhayət, mən onların beyətini qəbul etdim."("Nəhcül-bəlağə", 3-cü xütbə )
Imam (ə) onların cavabında dedi:–Mən sizin məşvərətçiniz olsam, sizə rəhbərlik etməkdən daha yaxşıdır."
Onlar bunu qəbul etməyib dedilər: Səninlə beyət etməyincə əl çəkməyəcəyik.
Imam (ə) buyurdu: Indi ki, israr edirsiniz, onda gərək beyət mərasimi məsciddə təşkil olunsun, çünki mənimlə beyət etmək gizli və müsəlman kütlələrinin razılığı olmadan ola bilməz.
Imam (ə) camaatın müşayiəti ilə məscidə getdi, mühacir və ənsar onunla beyət etdi. Sonra digərləri də onlara qoşuldular. O həzrətlə beyət edən ilk şəxslər Təlhə və Zübeyr idi. Onlardan sonra başqaları da beyət əlaməti olaraq əl verib onunla görüşdülər. Sayı çox az olan bir neçə nəfərdən başqa (cəmisi dörd-beş nəfər)(Təbərinin ifadəsi ilə desək, "Osmaniyyə"dən olub, onun havadarları idilər. Onlar aşağıdakılar idilər: Məhəmməd ibni Məsləmə, Əbdüllah ibni Ömər, Üsamə ibni Zeyd, Səd Vəqqas, Kəb ibni Malik, Əbdüllah ibni Səlam Başqaları inanırlar ki, bu şəxslər beyət etdilər, lakin "Cəməl" döyüşündə etmədilər. "Tarixi-Təbəri", 5-ci cild, səh.151 ) hamı o həzrətin xilafətinə və rəhbərliyinə rəy verdi. Camaatın Imam (ə)-la beyət etməsi zil-hiccənin iyirmi beşində baş verdi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil Hədid), 4-cü cild, səh.8-9 )
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |