» » Əlidən (ə) necə beyət alındı?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əlidən (ə) necə beyət alındı?
    0
    Müəllif: RuQeYyA | 6-09-2017, 12:00 | Baxılıb: 862

     

     

     

    Əlidən (ə) necə beyət alındı?



    İslam tarixinin bu hissəsi ən kədərli və ən acı hissələrdəndir ki, düşünən və agah şəxslərin qəlbini şiddətlə dərdə salıb yandırır. Tarixin bu hissəsi sünnü alimlərinin kitablarında çox qısa və yığcam, şiə alimlərinin tarixində isə çox geniş şəkildə yazılmışdır. Əziz oxuculardan bəziləri vəhy evinə edilən təcavüzü sünnü tarixçilərinin və hədisçilərinin öz dilindən eşitmək istəyə bilərlər. Buna görə də, bu hissəni onların öz mənbələrinə istinad edərək yazırıq ki, şəkk edənlər və çətin inanan şəxslər bu acı hadisəyə inansınlar. Burada məşhur sünnü tarixçisi ibni Qüteybənin "Əl-imamətu vəs-siyasət" kitabında yazdığının tərcüməsini nəql edirik. (Sonralar bunu təhlil edib araşdıracağıq.) Sünnü tarixçiləri bu fikirdədirlər ki, hələ Səqifə beyətindən çox keçməmiş xilafət aparatı qərara aldı ki, Əli (ə)-dan, Abbasdan, Zübeyrdən və Bəni-Haşimdən olan digər şəxslərdən Əbu Bəkrin xilafəti üçün beyət alsın və nəticədə, onun xilafəti birlik rəmzi olsun, hər cür müxalifət və maneə xilafət yolu üstündən götürülsün. Səqifə hadisəsindən sonra Bəni-Haşim qəbiləsi, eləcə də mühacirlərdən və Əli (ə)-ın dostlarından bir dəstə etiraz əlaməti olaraq, Fatimə (ə)-ın evində yığışıb oturmuşdular. Onların Peyğəmbər (s) dövründə xüsusi bir ehtirama malik olan Fatimə (ə)-ın evinə yığışmaları xilafət aparatının vəhy evinə yürüş edərək oradakıları zorla məscidə gətirib beyət almaq fikrini həyata keçirməsinə mane olurdu. Amma nəhayət, qüdrət artırmaq hərisliyi öz işini gördü: Vəhy evinin ehtiramı pozuldu. Əbu Bəkr, başda Ömər olmaqla bir qrup adama əmr etdi ki, nəyin bahasına olursa olsun, Fatimə (ə)-ın evinə yığışanları çıxarıb hamısından beyət alsın. O, Üsəyd ibni Həzir, Səlmə ibni Səlamət, Sabit ibni Qeys və Məhəmməd ibni Məsləmənin də olduğu bir qrupla Fatimə (ə)-ın evinə gəldi ki, oradakıları xəlifə ilə beyət etməyə dəvət etsin, əgər imtina etsələr, onları zorla evdən çıxarıb məscidə gətirsinlər. Xəlifənin məmuru evin qarşısında uca və kobud səslə qışqırıb dedi ki, tez olun, xəlifə ilə beyət etmək üçün evdən çıxın. Amma onun harayının heç bir nəticəsi olmadı və onlar evdən çıxmadılar. Bu vaxt məmur odun gətirilməsini tələb etdi ki, evi yandırıb, sonra isə oradakıların üstünə uçurtsun. Amma məmurun yanındakılardan biri bu işə mane olmaq üçün irəli gəldi və dedi:–Peyğəmbərin qızı Fatimə orada olan bir halda evi hansı cürətlə yandırırsan?!
    O, tam soyuqqanlıqla cavab verdi ki, Fatimənin evdə olması bu işə mane ola bilməz!
    Bu vaxt Fatimə (ə) qapının dalına gəlib dedi:–Sizin kimi pis bir mövqedə dayanan bir cəmiyyət tanımıram! Siz Rəsulullah (s)-in cənazəsini bizim aramızda qoyub özbaşına xilafət barəsində qərar qəbul etdiniz. Nə üçün öz hakimiyyətinizi zorla bizə qəbul etdirir və bizim haqqımız olan xilafəti özümüzə qaytarmırsınız?!
    Ibni Qüteybə yazır: Bu vaxt xəlifənin məmuru oradakıları çıxarmaq fikrindən döndü və xəlifənin yanına gəlib hadisəni xəbər verdi. Xəlifə bilirdi ki, o evdə yığışıb oturan mühacir və Bəni-Haşimin görkəmli şəxsiyyətlərinin müxalifətçiliyi ilə onun hökumətinin əsasları möhkəmlənə bilməz. Bu dəfə öz qulamı Qonfuza əmr etdi ki, gedib Əli (ə)-ı məscidə gətirsin. O da qapının dalına gəlib Əli (ə)-ı çağırdı və dedi:–Allah Rəsulunun xəlifəsinin əmrinə görə məscidə gəlin!
    Imam (ə) bu sözü eşitdikdə dedi:–Nə tez Allahın Rəsuluna iftira yaxırsan?! Peyğəmbər (s) nə vaxt onu özünə canişin təyin etdi ki, o da Allah Rəsulunun xəlifəsi olsun?!
    Qulam ümidsiz halda qayıdıb eşitdiklərini xəlifəyə xəbər verdi. Evə yığışanların xilafət aparatının ardıcıl dəvətləri qarşısında göstərdikləri müqavimət xəlifəni bərk hiddətləndirdi. Nəhayət Ömər ikinci dəfə bir dəstə adamla Fatimə (ə)-ın evinə gəldi. Fatimə (ə) mühacirlərin səsini eşitdikdə qapının arxasında uca səslə nalə edib dedi:–"Atacan, ey Allahın Peyğəmbəri! Gör səndən sonra Xəttabın və Əbu Qühafənin oğlu tərəfindən necə əzab-əziyyətlərlə qarşılaşdıq!"
    Hələ də atasının matəmində olan Fatimə (ə)-ın ah-naləsi elə ürəkyandıran idi ki, hətta Ömərlə birlikdə gələnlərdən bəziləri Zəhra (ə)-ın evinə hücum əmrini yerinə yetirməkdən imtina edərək ağlar halda qayıtdılar. Amma Bəni-Haşimdən və Əli (ə)-dan beyət almaq üçün israr edən Ömər bir neçə nəfərlə o həzrəti zorla evdən dartıb çölə çıxardılar, məscidə gətirib israr etdilər ki, hökmən Əbu Bəkrlə beyət etməlisən. Imam (ə) buyurdu:–Əgər beyət etməsəm nə olacaq?
    Dedilər:–Öldürüləcəksən!
    Əli (ə) dedi:–Allahın bəndəsini və Rəsuli-Əkrəm (s)-in qardaşını nə cürətlə öldürəcəksiniz?!
    Əli (ə)-ın xilafət aparatı qarşısında göstərdiyi kəskin müqavimət nəticəsində ondan əl çəkdilər. İmam (ə) fürsətdən istifadə edərək, Peyğəmbər (s)-in qəbrinə yaxınlaşdı və zülmdən şikayətlənərək Harunun Musa (ə)-a dediyi cümləni dilinə gətirib dedi:–"Qardaş, səndən sonra bu qövm məni gücsüz saydı və az qalırdı ki, məni öldürsünlər."("Əraf" surəsi, ayə:150 )

     

    Kitabın adı: Vilayət günəşi (birinci cild)

    Müəllif: Ayətullah Cəfər Sübhani

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.