Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əlini (ə) məscidə necə apardılar?
İslam tarixinin bu bölməsi əvvəlki hissə kimi acınacaqlı və kədərlidir. Çünki heç vaxt təsəvvürə belə gəlməzdi ki, Əli (ə) kimi bir şəxsiyyəti belə bir acınacaqlı vəziyyətdə məscidə aparalar və qırx ildən sonra Müaviyə Əli (ə)-a tənə vurub onu tənqid etmək üçün bunu nəql etsin. O, Əmirəl-möminin Əli (ə)-a yazdığı məktubda Imam (ə)-ın xilafət aparatına qarşı göstərdiyi müqavimətdən söz açıb sonra deyir: "... hətta xilafət aparatı səni minilməyən dəvə kimi cilovlayıb, beyət üçün məscidə tərəf çəkdi."
Əli (ə) Müaviyənin məktubuna yazdığı cavabda işarə ilə bunu qəbul etmiş, onu öz məzlumiyyətinin əlaməti hesab edib buyurmuşdur: "Deyirsən ki, mən minilməmiş dəvə kimi beyət etmək üçün dartılıb aparılmışam. Allaha and olsun, məni tənqid etmək istəmisən, lakin məni tərifləmisən. Məni rüsvay etmək istəmisən, lakin özünü rüsvay etmisən. Hər hansı bir müsəlmanın məzlum olmasının (zülmə məruz qalmasının) heç bir eybi yoxdur."
Əli (ə)-a qarşı edilən hörmətsizliyi təkcə ibni Əbil-Hədid deyil, həm də ondan qabaq ibni Əbdi-Rəbbihi "Əqdül-Fərid" kitabında, (2-ci cild, səh. 285) və ondan da sonra "Sübhül-əşa" kitabının müəlifi (1-ci cild, səh. 128) nəql etmişdir. Qəribə burasındadır ki, ibni Əbil-Hədid "Nəhcül-bəlağə"yə yazdığı şərhində Imam (ə)-ın iyirmi səkkizinci məktubunun şərhinə çatdıqda o həzrətin və Müaviyənin məktublarını nəql edir, hadisənin düzgünlüyünə şəkk etmir, amma kitabın əvvəlində iyirmi altıncı xütbəni şərh edib qurtardıqda hadisəni kökündən inkar edib deyir: "Bu cür mətləbləri yalnız şiələr nəql etmiş, onlardan qeyrisi nəql etməmişdir."
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |