Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Osmanın qətlindən və camaatın Əli (ə)la beyət etməsindən sonrakı hadisələr
Üçüncü xəlifənin görkəmli səhabələrlə kobud rəftarı, onun yersiz ehsan və bəxşişləri, hökumət işlərini Bəni-Üməyyənin ləyaqətsiz şəxslərinin əlinə tapşırması və s. kimi işlər onun qətli ilə nəticələndi. 35-ci hicri ilinin zilhiccə ayının on yeddisində Osman öz evində misirli və iraqlı inqilabçıların əli ilə və həmçinin Peyğəmbər (s)-in səhabələrindən bir qrupunun həmkarlığı ilə öldürüldü. Onun birinci dərəcəli tərəfdarları və himayəçiləri Məkkəyə qaçdılar.("Tarixi-Təbəri", 5-ci cild, səh.156 ( "Bulaq" çapı))
Üçüncü xəlifənin qətl xəbəri Mədinə və onun ətrafındakıları heyrətə saldı. Müsəlmanların gələcək rəhbərinin kim olacağı barəsində hər kəs bir cür fikir yürüdürdü. Səhabələrdən Təlhə, Zübeyr, Səd Vəqqas və s. kimiləri özlərini xilafətə namizəd göstərmişdi və hamıdan çox bunlar xilafət fikrində idilər. Inqilabçılar bilirdilər ki, xəlifənin qətlindən sonra islam ölkələrində hərc-mərclik olacaq. Buna görə də, qərara aldılar ki, yaranmış boşluğu tez bir zamanda doldursunlar və xəlifə seçib onunla beyət etməmiş vətənlərinə qayıtmasınlar. Onlar keçən bu iyirmi beş il müddətində islam təlimlərinə və Peyğəmbər (s)-in sünnələrinə sadiq qalmış olan bir adam axtarırdılar. Belə bir şəxs də Əli (ə)-dan qeyrisi deyildi. Yerdə qalanların hərəsi bir yolla özünü dünyaya aludə etmişdi. Osmanın bəzi zəif cəhətlərində onunla müştərək idilər. Təlhə, Zübeyr və onun kimi şəxslər üçüncü xəlifənin dövründə öz vaxtlarını mülk ələ keçirib, mal-dövlət yığmağa, müxtəlif şəhərlərdə saraylar tikməyə sərf etmiş, öz əlaqələrini Peyğəmbər (s)-in sünnəsi və hətta Şeyxeynin sünnəsi ilə kəsmişdilər.
Əli (ə)-ın adı hamıdan artıq dillərdə idi və xəlifənin evi inqilabçılar tərəfindən mühasirə olunduğu günlərdə Əmirəl-möminin Əli (ə) hər iki tərəfin etimadlı bir nümayəndəsi idi, o həm də hər iki tərəfin razılığını cəlb etməklə qiyamı yatırmağa hamıdan çox çalışırdı. Lakin Səqifə hadisəsində Əli (ə)-ın siyasi səhnədən çıxmasına səbəb olanların hamısı (bir nəfərdən başqa) olduğu kimi qalmaqda idi. Əgər inqilabçıların nüfuzlu və qüvvəli iradələri, ümumxalq təzyiqləri dəxalət etməsəydi, elə həmin şəxslər Imam (ə)-ı dördüncü dəfə olaraq, səhnədən geri çəkərək xilafəti səhabə şeyxlərindən olan bir nəfərə tapşıracaq, cəmiyyəti həqiqi və ilahi bir hökumətdən məhrum edəcəkdi. Əgər Osman öz əcəli ilə ölsəydi və Mədinənin vəziyyəti adi qaydada olsaydı, onun xilafəti dövründə mal-dövlət və cah-cəlal sahibi olan səhabələr heç vaxt Əli (ə)-ın hökumətinə rəy verməz və təşkil olunacaq bir şurada onun ziddinə qruplaşacaqdılar. Hətta siyasət səhnəsinin oyunbazları elə hərəkət edə bilərdilər ki, iş heç şuraya da gedib çıxmasın; onlar xəlifəni vadar edə bilərdilər ki, onların bəyəndiyi adamı xilafətə seçsin; (Necə ki, Əbu Bəkr Öməri xilafətə seçmişdi). Onlar bilirdilər ki, əgər Əli (ə) rəhbər seçilsə, onların mal-dövlətlərini müsadirə edəcək və onların heç birinə vəzifə verməyəcək. Onlar həzrətin belə bir ruhiyyəsindən tamamilə xəbərdar idilər. Belə ki, o həzrət Təlhə və Zübeyrə idari işlərə müdaxilə etmək icazəsi vermədikdə onlar dərhal öz əhdlərini pozdular və qanlı "Cəməl" müharibəsini törətdilər. Imam (ə)-ı Səqifədə hökumət səhnəsindən kənarlaşdıran amillərin ümdəsi bunlar idi:
1. Səhabələrin yaxın adamlarının (müşriklərin) Əli (ə)-ın əli ilə öldürülməsi.
2. Bəni-Haşimə qarşı başqa qəbilələrin, xüsusilə də Bəni-Üməyyənin bəslədiyi qədim ədavət.
3. Əli (ə)-ın ilahi hökmün icrasında dönməz və ciddi olması.
Osmanın qətlindən sonra bu amillər öz yerində qalmaqda idi, üstəlik təsiretmə nəzərindən o amillərdən heç də geri qalmayan bir amil də vardı: o da Peyğəmbər (s)-in zövcəsi Ayişənin onunla müxalifətçilik etməsi idi.
Osmanın xilafəti dövründə Ayişə siyasi bir qüvvə idi. O, dəfələrlə camaatı Osmanın qanını tökməyə təhrik edir və bu məqsədlə hərdən Peyğəmbər (s)-in köynəyini səhabələrə göstərib deyirdi: "Hələ bu köynək köhnəlməmişdir, lakin onun dini bir şəkildən başqa şəklə salınaraq oyuncağa çevrilmişdir."("Tarixi Əbil Fida", 1-ci cild, səh.172 )
Ayişə müsəlmanların arasında böyük hörmətə, dərin nüfuza malik idi və Peyğəmbər (s)-dən çoxlu hədis nəql edirdi. Bu onun siyasi tarazlıqda üstünlüyü istədiyi tərəfə meyl etdirə bilməsinə və onunla müxalifətçilik edənlərin əziyyətə düşməsinə səbəb olurdu. Ayişənin Əli (ə)-la müxalifət etməsinin səbəbləri bunlar idi: Əvvəla, Əli (ə) "ifk" hadisəsində Ayişənin boşanmasına dair rəy vermişdi. Ikincisi, Peyğəmbər (s)-in əziz qızı Fatimənin Əli (ə)-dan bir neçə övladı olmuşdu, lakin Ayişənin Peyğəmbər (s)-dən uşağı olmamışdı. Üçüncüsü, Ayişə hiss edirdi ki, Əli (ə) onun atasının xilafətindən narazıdır və onu xilafətin və Fədəkin qasibi hesab edirdi. Bunlardan əlavə, Təym qəbiləsindən olan Təlhə Ayişənin bibisioğlu, Zübeyr isə onun bacısı Əsmanın əri idi. Bu iki nəfər xilafəti ələ keçirmək üçün tam mənada hazır idilər. Ayişənin Əli (ə)-ın hakimiyyətindən narazı olmasının səbəbi Təbərinin nəql etdiyi aşağıdakı hadisədir: "Osman qətlə yetiriləndə Ayişə Məkkədə idi. Həcc mərasimini qurtardıqdan sonra Mədinəyə yola düşdü. Yolda Sərf adlı bir məntəqədə xəlifənin qətlindən və mühacirin və ənsarın Əli (ə)-la beyət etməsindən xəbərdar olduqda o qədər narahat oldu ki, ölüm dilədi və dedi: "Kaş göylər başıma töküləydi!" Sonra elə oradan Məkkəyə qayıtdı və dedi:–"Osman məzlumcasına öldürülmüşdür. Allaha and olsun, mən onun intiqamını almaq üçün qiyam edəcəyəm!" Xəlifənin qətl xəbərini gətirən şəxs cəsarətlənib dedi: "Sən dünənə kimi camaata deyirdin ki, Osmanı öldürün, o kafir olmuşdur! Bəs necə oldu ki, bu gün onu məzlum hesab edirsən?!" O cavab verdi: "Qiyamçılar onu tövbə etdirmişdilər. Sonradan öldürdülər."(Tarixi-Təbəri", 5-ci cild, səh.173 ( "Bulaq" çapı) )
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |