![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Əbu Bəkr duz-çörək haqqını ödəyir
Əbu Bəkrin xilafətə seçilməsində Ömər çox çalışdı. Bu işdə onun əsas məqsədi Əbu Bəkrin vəfatından sonra (o, yaşca Ömərdən böyük idi) xilafətə çatmaq idi. Işin əvvəlində Əmirəl-möminin Əli (ə) Ömərə üz tutub dedi: "(Inəyi) yaxşı sağ, çünki, onun bəhrəsi sənə çatacaq. Bu gün (xilafəti) onun üçün möhkəm bağla ki, sabah onu sənə qaytarsın."
Əbu Bəkr də nankorluq etmədi və ölüm yatağına düşəndə Osmanı çağırıb göstəriş verdi ki, onun vəsiyyətini belə yazsın: "Bu, Əbdüllah ibni Osmanın(Bu, Əbu Bəkrin əsl adıdır. )dünya həyatının axırında, axirət mərhələsinin ilk anlarında müsəlmanlar üçün yazdığı əhdnamədir: Elə bir saatda ki, mömin fikir, iş və yaxşılıq, kafir isə təslim olma halındadır." Xəlifənin sözü bura çatanda huşdan getdi. Osman xəlifənin vəsiyyətnaməni tamamlamazdan əvvəl öldüyünü güman etdiyinə görə əhdnaməni özü tamamladı və belə yazdı: "Özündən sonra Xəttabın oğlunu canişin təyin etdi." Bir azdan xəlifə ayıldı, Osmanın yazdığını gördükdə soruşdu:–Mənim vəsiyyətimi nə üçün belə yazdın?
Osman dedi:–Bilirdim ki, ondan başqasını istəmirsiniz.
Əgər bu hadisə quraşdırılmış olsaydı belə, yenə də demək olar ki, Ömərin seçilməsində Osmanın rolu təsirsiz deyildi və bir səriştəli siyasətçi kimi öz rolunu gözəl şəkildə ifa etmişdi. Sonrakı illərdə Ömər "haqtanıyan" oldu və Osmanı özündən sonra xəlifə seçdi, duz-çörək haqqının əvəzini verdi.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









