Həqiqətin gizlədilməsi
0
Müəllif:
RuQeYyA | 16-07-2017, 15:00 | Baxılıb: 678
Həqiqətin gizlədilməsi
Tarixçilərdən bir qrupu (Təbəri, Məqrizi və s.) həqiqət günəşini kin pərdəsi ilə ört-basdır etməyə çalışmış və Şeyxeynin (Əbu Bəkr və Ömərin) sözlərinin mətnini Vaqidinin "Məğazi"də yazdığı kimi nəql etmək istəməmişlər. Onlar iddia edib deyirlər ki, Əbu Bəkr ayağa qalxdı və yaxşı danışdı, Ömər də ayağa qalxıb yaxşı danışdı. Amma bu məşhur tarixçidən soruşmaq lazımdır ki, əgər onlar həmin şurada yaxşı söz demişdilərsə, bəs nə üçün onların dediyi sözləri nəql etməkdən boyun qaçırırsınız?! Halbuki Miqdad və Sədin sözlərini olduğu kimi təfsilatı ilə nəql edirlər. Əgər onlar yaxşı söz demişdilərsə, onda nə üçün Peyğəmbərin rəngi dəyişdi?! Özü də Təbəri bu məsələni açıqcasına qeyd etmişdir.
İndi artıq Əli (ə)-ın bu döyüşdəki mövqeyini araşdırmağın vaxtı gəlib çatmışdır.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.