Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Osmanın mühakimə olunması və qətli
Beş amilin göstərdiyi əks-təsir
Qeyd etdiyimiz beş amil nəticəsində islam ölkəsinin hər yerini etiraz dalğaları bürüdü. Xəlifə də bütün işçilərini sorğuya tutub onları düzgün islam yolundan azmaqla müttəhim etdi. Səhabələr və sair müsəlmanlar daim xəlifədən tələb edirdilər ki, öz işlərini islah etsin, əks təqdirdə xilafətdən götürüləcəkdir. Etiraz və müxalifət dalğalarının nə qədər böyük olması o vaxt aydın olar ki, etiraz edənlərin bəzilərinin adları və onların sözlərindən bir neçəsi ilə tanış olaq:
1. Əmirəl-möminin Əli (ə)-ın Osmanın əməlləri barəsində–istər onun qətlindən əvvəl, istərsə də sonra–çox sözləri vardır. O həzrətin bəzi kəlamları onun xəlifənin işləri barəsindəki fikirlərini açıqlayır. O həzrət mühacir övladlarını şamlılarla döyüşə dəvət etdiyi vaxt buyurmuşdu: "Ey mühacir övladları! Küfr başçıları, əhzab tör-töküntüləri və şeytanın dostları ilə mübarizəyə qalxıb, hərəkət edin! Çoxlu xətaları üzərinə çəkən şəxsin (Osmanın) "intiqamını almaq üçün" müharibəyə qalxan Müaviyə ilə döyüşə çıxın! Çərdəyi yaran və insanı xəlq edən Allaha and olsun, başqalarının qiyamət gününə kimi etdikləri günahlar, heç bir şey azaldılmadan onun (Osmanın) boynundadır."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.194 )
Imam (ə) öz xilafətinin ikinci günündə çıxış edərkən belə buyurdu: "Osmanın başqalarına verdiyi bütün torpaqlar, Allah malından verdiyi hər bir şey (mal-dövlət) beytül-mala qaytarılmalıdır."("Nəhcül-bəlağə"nin şərhi , (Əbdüh) 14-cü xütbə )
Əli (ə)-ın bu və digər kəlamları onun xəlifənin işlərinə qarşı olan etirazlı fikirlərini göstərir. Bunların içərisində daha da aydın olan şey o həzrətin "Şiqşiqiyyə" xütbəsində bəyan etdiyi məsələdir:
"...Nəhayət (Ömərin ölümündən sonra) qövmün üçüncüsü (Osman) iki tərəfini - yeməklə bayıra çıxmaq yerinin arasındakı məsafəni şişirdib ayağa qalxdı, atasının övladları da onunla əlbir oldular. Onlar Allah malını (beytül-malı) ac dəvənin yaz otunu iştaha ilə yediyi kimi yeyirdilər."("Nəhcül-bəlağə", 3-cü xütbə )
2. Peyğəmbər (s)-in zövcəsi Ayişə Osmanın əməllərinə başqalarından çox irad tuturdu. O, Əmmarın Osman tərəfindən döyülüb təhqir olunduğundan xəbər tutan kimi Peyğəmbər (s)-in paltarlarını və başmağını çölə çıxarıb dedi:–Camaat, hələ Peyğəmbər (s)-in paltarı və başmağı köhnəlməmişdir, amma siz onun sünnəsini yaddan çıxarmısınız.
Misirlilərin və bir qrup səhabənin Osmanın evini mühasirəyə aldıqları günlərdə Ayişə Allah Evini ziyarət etmək məqsədi ilə Mədinədən çıxdı. Bu vaxt Mərvan ibni Həkəm, Zeyd ibni Sabit və Əbdürrəhman ibni Itab ona dedilər ki, səfərə çıxma, çünki sənin Mədinədə olmağın bəlanı xəlifədən dəf edə bilər. Ayişə onların sözünü rədd etdi, üstəlik dedi:–"Istərdim ki, sənin və kömək etmək istədiyin şəxsin (Osmanın) ayağı daş olsun və hər ikinizi dənizə atım, yaxud onu bir torbaya qoyub və özüm onun əziyyətini çəkib dənizə atım!"("Əl-ənsab", 5-ci cild, səh.48 )
Ayişənin Osman barəsində dediyi sözlər qat-qat çoxdur. Elə bunu qeyd etmək kifayətdir ki, nə qədər ki, Osmanın qətlindən və Əli (ə)-la beyətdən xəbərdar deyildi, həmişə Osmana qarşı etiraz edərdi. Lakin həcc mərasimi qurtardıqdan sonra Mədinəyə yola düşüb yolda Sərf adlı bir məntəqədə xəlifənin qətlindən və camaatın Əli (ə)-la beyət etməsindən xəbərdar olan kimi öz mövqeyini tam əksinə dəyişdi və dedi: "Kaş göylər başıma töküləydi! (Bunu deyib tələb etdi ki:) Məni Məkkəyə qaytarın. Çünki Allaha and olsun, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını alacağam!"
Bu vaxt Osmanın qətl xəbərini gətirən şəxs cürətə gəlib dedi:–Sən ilk adamsan ki, sözünü dəyişirsən. Əvvəllər deyirdin ki, gərək bu "nəsəl"i (axmaq yəhudi qocanı) öldürsünlər, çünki o, kafir olmuşdur. Indi necə deyirsən ki, o məzlumcasına öldürülmüşdür?!
Ayişə dedi:–Onlar xəlifəni tövbə edildikdən sonra öldürmüşlər. Mənim ikinci sözüm birinci sözümdən daha yaxşıdır.
O, Məkkəyə qayıtdıqdan sonra məscidə getdi, "Hicri-Ismail"də bir pərdə asıb orada məskən saldı. Camaat onun ətrafına yığışdı. O dedi:–"Osman günahsız olaraq öldürülmüşdür, mən onun intiqamını alacağam!"("Tarixi-Təbəri", 3-cü cild, səh.477 )
3. Əbdürrəhman ibni Ovf Osmana qarşı etiraz edənlərdən biri idi. Halbuki Osmanın altınəfərlik şuradakı qələbəsi onun məkr və hiyləsindən asılı idi. Osman Peyğəmbər (s)-in sünnəsinə və Şeyxeynin üslubuna əməl edəcəyinə dair verdiyi iltizamı pozanda camaat Əbdürrəhmana etiraz edib dedilər: "Bu əyriliklərin hamısı sənin işindir!"
O dedi:–Mən işin bu yerə çatacağını əsla gözləmirdim, mən daha onunla danışmaram.
Əbdürrəhman o gündən ömrünün axırına kimi onunla danışmadı. Hətta xəstə olanda Osman onun görüşünə getdi, o isə xəlifənin üzünə belə baxmadı və onunla danışmaq istəmədi.("Ənsabül-əşraf", 5-ci cild, səh.48 )
Xəlifənin əleyhinə qiyam edərək onun qətli üçün müqəddimə hazırlayanların sayı qeyd olunanlardan daha çoxdur. Bunlardan əlavə, Təlhə ilə Zübeyrin də adını çəkmək mühümdür: çünki onlar xəlifəni hamıdan çox tənqid edirdilər. Sair müxaliflərin adları, onların sözləri, xəlifəni xilafətdən salmaq üçün göstərdikləri səyləri və s. öyrənmək üçün müfəssəl tarix kitablarına baxmaq lazımdır. Çünki məqsədimiz Osmanın xilafətinin süqutunu şərh etmək deyil, camaatın Əli (ə)-la beyət etməsi şəraitlərini bəyan etməkdir.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |