» » » Qədir hadisəsi heç vaxt unudulmayacaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qədir hadisəsi heç vaxt unudulmayacaq
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 13-10-2014, 14:00 | Baxılıb: 1 227
     
     
    Qədir hadisəsi heç vaxt unudulmayacaq

    Allahın hikmətli iradəsi bu olmuşdur ki, bütün əsrlərdə Qədir hadisəsi qəlblərdə və tarix səhifələrində canlı şəkildə həkk olunub qalsın, hər bir əsr və zamanda islam yazıçıları təfsir, hədis, kəlam və tarix kitablarında ondan söz açsınlar, dini təbliğatçılar moizə və xitabə məclislərində onun barəsində söhbət açıb bu hadisəni Imam (ə)-ın inkarolunmaz fəzilətləri sırasında qeyd etsinlər. Təkcə xətiblər və natiqlər deyil, həm də şairlərin çoxu bu hadisədən ilham alaraq, vilayət sahibinə olan ixlası şölələndirib, ən gözəl hissələri müxtəlif surətlərdə və müxtəlif dillərdə yadigar qoymuşlar. Buna görə də Qədir hadisəsi kimi alimlərin, hədisçilərin, təfsirçilərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və siyrə yazanların diqqət mərkəzində olan, onun barəsində bu qədər diqqət yetirilən çox az hadisə tapmaq olar.
    Qədir hədisinin əbədi olmasının səbəblərindən biri də məhz bu hadisə ilə əlaqədar Quranda iki ayənin nazil olmasıdır. Nə qədər ki, Quran var, bu tarixi hadisə də əbədi qalacaq və xatirələrdən silinməyəcəkdir. Qədim dörlərdə bütün islam cəmiyyəti onu dini bayramlardan hesab edirdi. Şiələr indi də həmin günü bayram edir, başqa islam bayramlarında keçirilən mərasimləri elə həmin gün də keçirirlər. Tarix səhifələrinin araşdırılmasından gözəl şəkildə məlum olur ki, zil-hiccənin on yeddinci günü müsəlmanlar arasında "Qədir bayramı" adı ilə məşhur olmuşdur. Hətta ibni Xulləkan Müstəla ibni Müstənsərin barəsində yazır: "487-ci hicri ilində Qədir bayramı günü (zil-hiccənin on yeddisi) camaat onunla beyət etdi." Əl-Übeydi, Əl-Müstənsəru Billah barəsində yazır: "O, 487-ci hicri ilində zilhiccə ayının axırına 12 gecə qalmış vəfat etdi. Bu gecə (zil-hiccənin on yeddisi) Qədir bayramı gecəsi idi." Təkcə ibni Xulləkan deyil, həmçinin, Məsudi və Süaləbi də bu gecəni islam ümməti arasında məşhur olan gecələrdən saymışlar. Bu islam bayramının kökü Qədir gününə gedib çatır. Çünki o gündə Peyğəmbər (s) mühacirə, ənsara və öz həyat yoldaşlarına göstəriş verdi ki, Əli (ə)-ın yanına gedib, onun belə bir fəzilət və məqama layiq olmasını təbrik etsinlər. Zeyd ibni Ərqəm deyir: "Ənsardan Əli ilə (beyət etmək) üçün əl verən ilk şəxslər Əbu Bəkr, Ömər, Osman, Təlhə və Zübeyr oldu. Təbrik və beyət mərasimi günbatana kimi davam etdi."
    Bu tarixi hadisənin əhəmiyyəti barədə bunu qeyd etmək kifayətdir ki, Qədir hədisini 110 nəfər hədisçi nəql etmişdir. Əlbəttə, bu, hədisçilərdən yalnız 110 nəfərin bu hadisəni nəql etməsi demək deyil. Təkcə sünnü mənbələrində 110 nəfərin adı gözə dəyir. Peyğəmbər (s) bu sözləri yüz min nəfərlik bir yığıncaqda demişdi, amma onların çoxu Hicazın ucqar yerlərindən gəlmişdi və oralarda heç bir hədis nəql olunmamışdır. Onların bəziləri də bu hadisəni nəql etmişlər, amma tarixdə yazılıb saxlanmağa müvəffəq olmamışdır. Əgər tarixdə yazılmış olsaydı belə, bizə gəlib çatmamışdır. Ikinci hicri əsrində (bu, "Tabein" əsridir) onlardan 89 nəfəri bu hədisi nəql etmişlər. Sonrakı əsrlərdəki mühəddislərin hamısı sünnü alimləri olmuş və onlardan 360 nəfəri bu hədisi öz kitablarında nəql etmiş, çoxları da o hədisin səhih və mətəbər olmasını etiraf etmişlər. Üçüncü hicri əsrində 92 nəfər, dördüncü əsrdə 43 nəfər, beşinci əsrdə 24 nəfər, altıncı əsrdə 20 nəfər, yeddinci əsrdə 21 nəfər, səkkizinci əsrdə 18 nəfər, doqquzuncu əsrdə 16 nəfər, onuncu əsrdə 14 nəfər, on birinci əsrdə 12 nəfər, on ikinci əsrdə 13 nəfər, on üçüncü əsrdə 12 nəfər və on dördüncü əsrdə 20 nəfər alim bu hədisi nəql etmişdir. Bəziləri də təkcə hədisi nəql etməklə kifayətlənməmiş, onun sənəd və məfhumu barəsində ayrıca kitablar yazmışlar. Böyük islam tarixçisi Təbəri "Əl-vilayətü fi-təriqi hədisil-Ğədir" adlı bir kitab yazmış və qeyd olunan hədisi yetmişdən artıq yolla Peyğəmbər (s)-dən nəql etmişdir. Ibni Əqdə Kufi özünün "Vilayət" risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir. Əbu Bəkr Məhəmməd ibni Ömər Bağdadi (Cüani adı ilə məşhurdur) bu hədisi 21 yolla nəql etmişdir. Bu tarixi hadisə barəsində ayrıca kitab yazanların sayı iyirmi altı nəfərdir. Şiə alimləri bu böyük tarixi hadisə barəsində çoxlu qiymətli kitablar yazmışlar. Onların hamısından üstünü tarixi kitab olan "Əl-Ğədir"dir. Bu kitab məşhur islam alimi Əllamə Mücahid Ayətullah Əmininin gözəl və iqtidarlı qələmi ilə yazılmışdır. Imam (ə)-ın həyatının bu dövrünün yazılmasında o şərif kitabdan geniş şəkildə istifadə olunmuşdur.
     
    Mənbə: "Füruği-vilayət (1)" kitabı
     
     
    Bölmə: İslami bayramlar / Qədir-Xum
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 13 Ekim 2014 22:36 | Sayt nəzarətçisi | Şərh yazdı
    ellerin var olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: solmaz76 | Status: İstifadəçi Offline | 13 Ekim 2014 17:55 | İstifadəçi | Şərh yazdı
    Bismillah bu muqeddes ve mubarek bayramin mahiyyetini anlayan momin muselman ata ,analarimizi ve baci qardaslarimizi tebrik edirem ve  dinimizin kamil olduqu gun hamimiz ucun mubarek olsun INSALLAH.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 13 Ekim 2014 16:28 | Administrator | Şərh yazdı
    *******_M**_v*_l*_a*_m*_ Ə*_l*_i_********

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.