![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

“Bəqərə” surəsi (87-88)
87. ﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءكُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقاً كَذَّبْتُمْ وَفَرِيقاً تَقْتُلُونَ﴾
“Belə ki, Biz Musaya kitab (Tövrat) verdik və ondan sonra ardıcıl surətdə peyğəmbərlər göndərdik. İsa ibn Məryəmə (möcüzələr) aşkar dəlillər verdik və ona Ruhul-qüdslə yardım göstərdik. Bəs nə üçün peyğəmbər sizin nəfsistəklərinizəqarşı bir şey (hökm və göstəriş) dedikdə onun qarşısında təkəbbür göstərirsiniz? (Ona iman gətirməkəvəzinə) birdəstəni inkar etdiniz, digər bir dəstəni qətlə yetirdiniz.”
◘Ayədə Allahın xalqın hidayətindəki ardıcıl lütfündən danışılır. Bildirilir ki, Musadan sonra Davud, Süleyman, Yuşə, Zəkəriyya və Yəhya kimi peyğəmbərlər göndərildi. Həmin peyğəmbərlərdən sonra həzrət İsa aşkar dəlillərlə məbus edildi və Ruhul-qüds (“Nəhl” surəsinin 102-ci ayəsindən məlum edildi ki, Ruhul-qüds Cəbraildir) tərəfindən ona yardım göstərildi. Amma Bəni-İsrail təkəbbür və asilik yolunu tutdu, ilahi hidayətin qəbulu əvəzinə peyğəmbərlərin inkarı və qətlinə əl atıldı.
◘Peyğəmbərlər tarixi İslam peyğəmbəri və möminlər üçün bir təsəllidir. Bu tarixlə tanış olduqda çətinliklərə dözmək asan gəlir.
1. Xalq arasında səmavi rəhbərin daimi mövcudluğu Allahın sünnəsidir.
2. Təlim və tərbiyə məsələsində tətilə, fasiləyə yer yoxdur. Peyğəmbərlərin ardıcıl şəkildə göndərilməsi tarix boyu hidayət cərəyanının davam nişanəsidir.
3. Mələklər Allahın övliyalarına yardım göstərirlər.
4. Peyğəmbərlər xalqın sorağına getməlidirlər.
5. Hidayət həvəspərəstliklə uyğun deyil.
6. Haqqa təslim olmayan insan təkəbbür əhlidir.
7. Həvəspərəstlik insanı peyğəmbəri qətlə yetirincəyədək süquta uğradır.
8. Peyğəmbərlər öz hədəflərini həyata keçirmək üçün son damla qanlarınadək müqavimət göstərmişlər.
88. ﴿وَقَالُواْ قُلُوبُنَا غُلْفٌ بَل لَّعَنَهُمُ اللَّه بِكُفْرِهِمْ فَقَلِيلاً مَّا يُؤْمِنُونَ﴾
“Onlar (peyğəmbərlərinə) dedilər: “Qəlblərimiz qılafdadır (və biz sizin dediklərinizdən bir şey anlamırıq).” Belədeyil. Allah küfrlərinə görə onları öz mərhəmətindən uzaqlaşdırmışdır. (Ona görə də bir şey dərk etmirlər.) Çox az birqismiiman gətirir.”
◘“Qəlblərimiz qılafdadır” kimi istehzalı cavablar zahirən bütün müşriklərin və asilərin peyğəmbərlər qarşısında şüarı olmuşdur. Həzrət Şüeybin cavabında dedilər: “Biz sənin sözlərini anlamırıq.” Quran ayələri qarşısında belə bildirdilər: “Qəlblərimiz pərdədə və örtükdədir.” Bu ayədə isə “Qəlblərimiz qılafdadır” deyirlər.
1. Bədbəxtliyin müqəddiməsi, başlanğıcı insanın öz əlindədir. Allahın lənətinə və qəhrinə düçar olanlar öz inadkarlıq və küfrlərindən əziyyət çəkirlər.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









