Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (53 və 54-ci hissə)
53﴿وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾
“(Yenə yada salın,) Musaya kitab (Tövrat) və Furqan verdiyimiz zamanı ki, bəlkə hidayət olasınız.”
Nöqtələr
Furqan haqqı batildən ayıran bir vasitədir. Səmavi kitabda haqq batildən seçildiyi üçün ona “furqan” deyilmişdir. Kitab sözü ilə yanaşı işləndiyindən furqan sözü Musaya Tövratdan əlavə əta olunmuş doqquz mö’cüzə və ya başqa həqiqətlərə də işarə ola bilər.
Bildirişlər
Səmavi kitab haqqı bəyan edir və onu batildən ayırır.
Allah tərəfindən höccət tamamlanmış, bəhanələr kəsilmişdir. Amma xalq nəfs istəkləri səbəbindən bə’zən haqqı qəbul etmir.
Səmavi kitabın nazil olmasında məqsəd xalqın hidayətidir.
54﴿وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَى بَارِئِكُمْ فَاقْتُلُواْ أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾
“(Yadınıza salın) O zamanı ki, Musa öz qövmünə dedi: “Ey mənim qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Allaha doğru tövbə edib geri dönün və bir-birinizi qətlə yetirin. Bu iş Yaradanınızın yanında sizin üçün daha yaxşıdır. Allah sizin tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən, mehribandır.”
Nöqtələr
Ayədə intihardan, yə’ni öldürməkdən yox, bir-birini öldürməkdən danışılır. Necə ki, başqa bir ayədə “bir-birinizə tə’nə vurmayın” buyurulur. Başqa bir ayədə də buna oxşar bəyanat var: “Bir-birinizə salam verin.”
◘Bu cür çətin tövbənin qəbulu yəhudilər üçün fəzilətdir. Çünki Allah münafiq müsəlmanların tənqidində buyurur: “Əgər onlara bir-birlərini öldürməyi vacib etsəydik və ya öz məmləkətlərindən xaric olmaları üçün fərman çıxarsaydıq, bütün bunları çox az bir hissə yerinə yetirərdi.
Bildirişlər
Xalqı ilahi hədlərin qəbulu naməhəbbətlə hazırlayın.
Şirk insanın özünə zülmüdür.
Dəlil, mö’cüzə nəqədər çoxolarsa, vəzifə dahada ağır, vəzifədən boyun qaçırmaq dahada təhlükəli olacaq.
Buzova pərəstiş edənlər bütün bu mö’cüzələri gördükdən sonra e’damdan başqa çıxış yolları qalmamışdı.
Dindən çıxanın (mürtəd) hökmü qətldir.
İlahi mərhəmət və ölüm, ilahi lə’nət vəhəyatdan üstündür.
İlahi hədlərin icrasıi nsanın qətli bahasına başa gəlsə də, onun xeyrinədir.
İlahi göstərişlərin əsas məqsədi insana xeyir verməkdir.
Xalqın ağır cərimələri ödəməyə hazırlanması üçün bir çox bərəkətlər bəyan olunmalıdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |