Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
“Bəqərə” surəsi (59 və 60-cı hissə)
59﴿فَبَدَّلَ الَّذِينَ ظَلَمُواْ قَوْلاً غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُواْ رِجْزاً مِّنَ السَّمَاء بِمَا كَانُواْ يَفْسُقُونَ﴾
“Amma zalımlar (həmin sözü) onlara deyiləndən başqa bir sözə döndərdilər (onlar hittə əvəzinə məsxərə ilə “hintə”, yə’ni “buğda” deyirdilər) Biz də o zalımlara batdıqları günahın cəzası olaraq səmadan əzab endirdik.”
Nöqtələr
“Ə’raf” surəsinin 161-162-ci ayələrində bu və bundan əvvəlki ayənin oxşarı təkrarlanmışdır. Bu ayələrdə “ricz” sözü əza, taun xəstəliyi, iztirab halı mə’nalarını bildirir.
◘Allahın qaydası mərhəmət nazil etməkdir. Ona görə də Bəni-İsrail üçün ən üstün qəza olan “mənn” və “səlva” nazil oldu. Amma onlar inadkarlıq göstərdiklərindən səmadan əzab nazil edildi.
Zülm və günah qanunun əvəz olması və təhrifi nəzəmin yaradır.
Bir işin yolu vəüsulu bəyan olunanadək insan özbildiyinə əməl etməkdə azaddır. Amma yol bəyan olunduqdan sonra onu dəyişənlər üçün üzr yeri qalmır.
İlahi qanunları dəyişməyin cəzası qəhr və əzabdır.
Bütün cəzalar axirətə aid deyil. Bə’zi cəzalar elə bu dünyada gerçəkləşir.
Əyri yol insan üçün adətə çevrildikdə Allahın əzabı nazil olur.
60﴿وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْناً قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ كُلُواْ وَاشْرَبُواْ مِن رِّزْقِ اللَّهِ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ﴾
“(Yadınıza salın) o zaman ki, Musa öz qövmü üçün su istədi, ona dedik: “Öz əsanı daşa vur.” Qəfildən ondan on iki çeşmə yarıldı və qaynadı. Fərdlərdən hər biri su içəcəyi yeri tanıdı. (Dedik) İlahi ruzidən yeyin-için və yer üzündə təkəbbürlə fəsad göstərməyin.”
Nöqtələr
On iki rəqəmində bir rəmz vardır. Ayların, Bəni-İsrail başçılarının, həzrət İsanın həvarilərinin və mə’sum imamların sayı on ikidir.
EAyədə “mufsidin” sözü ilə yanaşı “la tə’səv” kəlməsi də işlənmişdir. İkinci söz qatı fəsadı bildirir. Bu sözlərin yanaşı işlənməsində məqsəd fəsad ruhiyyəsinin qadağan edilməsi ola bilər. Çünki bilməyərəkdən baş vermiş büdrəmə bağışlana bilər.
Bildirişlər
Peyğəmbərlər həmdə maddi ehtiyaclarını tə’min etmək fikrində olmuşlar.
Hər şeyi, hətta içməli suyuda Allahdan istəyin.
Təbiət qanunları Allahın iradəsinə tabedir.
Allah həm səbəb sala bilir, həm də səbəbi aradan götürə bilir. Bir əsa və bir insan əli ilə bir dəfəyə su çıxarır və onu axıdır.
Peyğəmbərlərin duası qəbul olur.
Əsanın daşa vurulması ilə su çıxması bir mö’cüzədir. On iki qəbilə üçün on iki bulağın çıxması başqa birmö’cüzədir.
Nizamlı və ədalətli bölgü əmniyyət və səfa əsasıdır. Belə bir bölgü ixtilafların qarşısını alır.
İlahi ne’mətlərdən bəhrələnmə fəsad zəminəsi yaratmamalıdır.
Fəsadın qarşısını almaq üçün Allahın insana məhəbbət və lütfündən danışın.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |