Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (71 və 72-ci hissə)
71. ﴿قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ﴾
“(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o, yeri sürəcək və əkin suvaracaq qədər ram olmamış, heç bir eybi və ləkəsiolmayan bir inəkdir.” Dedilər: “İndi həqiqəti bildirdin.” Sonra onu tapıb başını kəsdilər. Amma az qalmışdı ki, əməletməsinlər.”
Nöqtələr
“Zəlil” ram olmuş, “tusir” şum edən, “musəlləmə” bütün eyb və nöqsandan saf, “la şiyə” xalı və başqa rəngi olmayan deməkdir.
◘Yəhudilər öz peyğəmbərlərinə münasibətdə ədəbsiz idilər. Bəhanə axtardıqları və qaçmaq istədikləri bir vaxtda Allahın fərmanını yerinə yetirməyə məcbur olub Musaya dedilər: “İndi həqiqəti bildirdin.” Guya həmin vaxtadək deyilən batil idi.
1. Hər hansı planı yerinə yetirərkən fəal, istehsal gücünə malik, iqtisadi mexanizmləri məhv etməyin.
2. Allahın əmri yolunda sərf olan hər bir şey sağlam olmalıdır. Həcc səfərində də Allah evinin ziyarətçisi qurban bayramı günü sağlam heyvan kəsməlidir.
3. Qürur və nəfs istəkləri işi bir yerə çatdırır ki, insan könlündən keçənləri həqiqət sayır.
72. ﴿وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ﴾
“(Xatırlayın) o zaman ki, birini qətlə yetirdiniz, sonra onun (qatilinin) haqqında mübahisəyə başladınız. Amma Allahsizin gizlətdiklərinizi aşkara çıxarar.”
◘Qətl hadisəsi və inəyin zibhi (kəsilməsi) haqqında fərman əvvəlki ayələrdə ətraflı şəkildə bəyan olundu. Bu ayə isə həmin macəranı xülasə şəkildə zikr etməklə yenidən xatırladır ki, Allah sizin gizlətdiklərinizi inəyin zibhi və onun bir parçasını ölüyə toxundurub diriltməklə ifşa etdi. Beləcə, sizin xilaf işlərinizin üstündən pərdə götürüldü.
◘“Dürrül-Mənsur”da belə bir hədis nəql olunur ki, əgər insan heç bir bacası olmayan möhkəm daş layların arasında bir iş görsə belə, Allah (əgər istəsə) onu xalqa aşkarlayar.
◘Rəvayətdə oxuyuruq: Uyğun xüsusiyyətlərə malik orta yaşlı sarı inək yalnız bir gəncdə tapıldı. Bu müamilə onun üçün çox qazanclı idi. Amma tövlənin açarı atasının yatdığı balışın altında olduğundan oğlan atasını oyatmayıb bu böyük qazancdan keçdi. Allah o gəncin ataya münasibətdəki bu xidmətini qiymətləndirmək üçün Bəni-İsrailin bəhanələrinə cavab olaraq işi elə yerə gətirib çıxartdı ki, onlar hər nə qədər baha qiymətə olsa belə o gəncdən inəyi almalı olsunlar. Musa (ə) buyurdu: “Görün yaxşı əməl öz əhlinə nə yetirir!”
1. Başqasının günahına razı olan şəxs həmin günaha şərikdir. Musa dövründə qətlə razı olan yəhudilər qətldə ittiham olunmuşdular.
2. Bəzən insan kimlərisə özündən uzaqlaşdırmaq üçün onları günahda ittiham edir. Belələri anlamırlar ki, Allah ölüyə toxundurmaqla məsələni aşkarlayıb günahkarı ifşa edir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |