» » » “Bəqərə” surəsi (67 və 68-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Bəqərə” surəsi (67 və 68-ci hissə)
    0
    Müəllif: Huseynci Medine | 2-04-2017, 13:00 | Baxılıb: 963

     

    “Bəqərə” surəsi (67 və 68-cı hissə)

    67. ﴿وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ﴾

    “(Xatırlayın) o zaman ki, Musa öz qövmünə dedi: “Allah sizə bir dişi inək kəsməyinizi əmr edir.” Dedilər: “Biziməsxərəyəmi qoymusan?” Musa dedi: “Cahillərdən olmaqdan Allaha pənah aparıram.

    Nöqtələr

    ◘Surəni ondakı əhvalata görə “Bəqərə” (“İnək”) adlandırmışlar. İnək kəsilməsi əmri Tövratda bir mühakimə qanunu kimi bəyan olunmuşdur. Macəra belə baş vermişdir: Bəni-İsrail arasında qatili bilinməyən bir məqtul (qətlə yetirilən) tapıldı. Qövm arasında mübahisələr, çəkişmələr başladı. Hər bir qəbilə bu qətli o biri qəbilənin ayağına yazırdı.

    Onlar mühakimə və məsələnin həlli üçün həzrət Musanın yanına getdilər. Musa onlara buyurdu: “Allah əmr etmişdir ki, bir inək kəsəsiniz və onun ətindən bir parçanı cəsədə toxundurasınız. Belə etsəniz, o diriləcək və öz qatilini tanıtdıracaq.” İnadkar qövm Musanın bu təklifi qarşısında dedi: “Yoxsa bizi məsxərəyə qoymusan?” Musa dedi: “Məsxərə cahillərin işidir. Mən isə cahillərdən olmaqdan Allaha pənah aparıram.”

    ◘Quran və rəvayət dilində cəhl nadanlıq yox, düşüncəsizlik mənasındadır. Ona görə də “cəhl” elmin yox, əqlin antonimi kimi işlədilir. Başqalarını məsxərə etmək düşüncəsizlik nişanəsi olduğundan həzrət Musa bu sifətdən Allaha pənah aparır.

    Bildirişlər

    1. Allahın əmri bizim düşüncəmizə və zövqümüzə uyğun olmadıqda, onun hikmətini anlamadığımız vaxt həmin əmri inkar etməməliyik.

    2. Musa inəyin kəsilməsi göstərişinin Allah tərəfindən olduğunu bəyan edir ki, bəlkə ədəbə riayət edib təslim olalar. Amma onlar yenə də bəhanə gətirirdilər.

    3. Əgər Allah istəsə, bir ölünü o birinə toxundurmaqla dirildər.

    4. İnəyi öldürməklə onun müqəddəs olması fikri aradan qalxır. Necə ki, İbrahim bütləri sındırdı, Samirinin qızıl buzovu yandırıldı.

    5. Xalqın peyğəmbərə iman dərəcəsi onların ilahi göstərişlərlə davranışından başa düşülür.

    6. İstiazə və Allaha pənah aparılması sığortalanma yollarından biridir. Peyğəmbərlərin isməti və günahsızlığı, istiazə və pənah aparmağın sayəsindədir.

    7. Məsxərə etmək cahil və düşüncəsiz insanların işidir.

    8. Cəhl elə bir təhlükədir ki, Allah övliyaları bu təhlükədən Allaha pənah aparmışlar.

    9. Bir macərada Allah qüdrətinin nümayişi ilə tövhid, Musanın möcüzəsi ilə peyğəmbərlik, ölünün dirilməsilə məad sübuta yetirilir.

     

    68. ﴿قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُواْ مَا تُؤْمَرونَ﴾

    “(Bəni-İsrail Musaya) dedilər: “Bizim üçün Allahdan istə ki, onun necə (inək) olmasını aydınlaşdırsın.” (Musa) dedi: “Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların arasında olan dişi bir inəkdir. Sizə əmr olunanı yerinəyetirin.”

    Nöqtələr

    ◘Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi. Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayədə buna işarə olundu və onların batini açıqlandı.

    Bildirişlər

    1. Sualı ədəblə verin. Ayədə “ləna” (bizim üçün) sözü iki dəfə təkrarlanmış, “Rəbbimiz” əvəzində “Rəbbin” kəlməsi işlədilmişdir. Bütün bunlar təkəbbür ruhunun nişanələridir.

    2. Allahın əmrini dərhal yerinə yetirin, vəsvəsə və tərəddüddən çəkinin.

     

    Kitabın adı: Nur təfsiri (birinci cild)

    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.