![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Bəqərə” surəsi (49 və 50-ci hissə)
49. ﴿وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ﴾
(“Yadınıza salın) O zaman ki, sizi fironçulardan azad etdik. Onlar daim sizə ən pis şəkildə əziyyət verir, oğlanlarınızın başını kəsir, qadınlarınızı diri saxlayırdılar. Bu işdə sizin üçün Allahınız tərəfindən böyük və çətinimtahan var idi.”
Nöqtələr
◘Firon Rum, Kəsra, İran padşahları və türk xaqanları kimi bir müstəbid idi. Həzrət Musanın dövründəki fironun adı І Ramzes idi. Deyilənlərə görə onun babası Qahirə muzeyində saxlanılır.
◘“Yəsumunəkum” sözü “sum” kökündən olub, bir şeyin ardınca fasilə vermədən getmək mənasını daşıyır. Ayədəki bu söz Bəni-İsrailin ardıcıl şəkildə əzaba düçar edildiyini bildirir. Onlara verilən işkəncələrdən biri oğlan övladlarının öldürülməsi idi. Fironun belə bir əmr verməsinin səbəbi onun gördüyü yuxu idi. Yuxunu yozanlar Firona demişdilər ki, səni bəni-İsraildən olan bir kişi öldürəcək. Başqa bir səbəb bəni-İsrailin inkişafının qarşısının alınması ola bilərdi.
Bildirişlər
1. Zalımların hakimiyyətindən qurtuluş Allahın ən böyük nemətlərindəndir. Necə ki, Allah bütün nemətlər arasında bu nemətin adını çəkmişdir.
2. Keçmiş çətinliklərin bəyanı bu günkü azadlığın şirinliyini qat-qat artırır.
3. Zalımları qüdrətə çatdıran onun ətrafındakılardır.
4. Həm əsarət, həm də azadlıq imtahan və tərbiyə vasitəsidir.
5. Müdafiə qüvvələrinin məhvi və rifah qüvvələrinin gücləndirilməsi firona aid bir işdir.
6. Zalımlar öz quruluşlarını və hakimiyyətlərini hifz etmək üçün bütün işkəncələrə əl atırlar.
50. ﴿وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ﴾
“Sizin üçün dəryanı yardığımız, sizə nicat verdiyimiz və gözləriniz qarşısında fironçuları qərq etdiyimiz zamanı (xatırlayın)”.
Nöqtələr
Bəni-İsrailin Nil çayından keçmə macərası Quranın bir neçə ayəsində bəyan olunmuşdur. Allah həzrət Musanın öz əsasını yerə vurması ilə suyu yarıb onları dənizə oxşar Nildən keçirdi.
◘Bu ayədə üç ilahi möcüzə ardıcıl şəkildə bəyan olunmuşdur: dəryanın yarılması, bəni-İsrailin nicat tapması, fironçuların qərq olması.
Bildirişlər
1. Vasitələrin rolu Allahın hikmətamiz iradəsindən asılıdır. Musanın bəzən daşdan su çıxaran əsası var. Bəzən də suya girib onun arasından yol açır.
2. Qaranlıq gecənin sonu bəyazdır. Bəni-İsrail bütün işkəncələrdən və bəlalardan sonra rifah və qurtuluşa çatdı.
3. Məzlumların hüzurunda zalımlardan intiqam alınması onlar üçün bir məlhəmdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |