وَأمّا حَقُّ أَهْلِ الذِّمَّةِ فَالحُكْمُ فِيهِمْ أَنْ تَقبَلَ مِنْهُمْ مَا قَبِلَ اللهُ، وَتَفِي بمَا جَعَلَ اللهُ لَهُمْ مِنْ ذِمَّتِهِ وَعَهْدِهِ وَتكِلُهُمْ إلَيهِ فِيمَا طَلبُوا مِنْ أَنْفُسِهِمْ وَأُجْبرُِوا عَلَيْهِ وَتحْكُمَ فِيهِمْ بمَا حَكَمَ اللهُ بهِ عَلَى نفْسِكَ فِيمَا جَرَى بَيْنَكَ [وَبيْنَهمْ] مِنْ مُعَامَلَةٍ وَلْيَكُنْ بَينَكَ وَبيْنَ ظُلْمِهِمْ مِنْ رِعَايَةِ ذِمَّةِ اللَّهِ وَالْوَفَاءِ بعَهْدِهِ وَعَهْدِ رَسُولِ اللَّهِ – صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ – حَائِلٌ فَإنَّهُ بَلَغَنَا أنَّهُ قَالَ «مَنْ ظَلَمَ مُعَاهِدًا كُنْتُ خَصْمَهُ» فَاتَّقِ اللَّهَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.
فَهذِهِ خَمْسُونَ حَقًّا مُحِيطًا بكَ لا تَخرُجْ مِنْهَا فِي حَالٍ مِن الأَحْوَالِ، يَجِبُ عَلَيْكَ رِعَايَتُهَا وَالْعَمَلُ فِي تَأْدِيَتِهَا وَالاسْتِعَانَةُ باللهِ جَلَّ ثَنَاؤُهُ عَلَى ذَلِكَ. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ وَالْحَمْدُ للهِ رَب العَالَمِينَ.
"Kitab əhlinin (İslam dinin pənahında olanların) sənin boynunda haqqı budur ki, Allahın onlardan qəbul etdiyini sən də qəbul et. Allahın onlardan ötrü təyin etdiyi əhdə və peymana vəfadar ol. Onları məcbur olduqları və istədiklərinə tərəf irşad et. Onlarla alverdə Allahın hökmünə əməl et. İslam pənahında, Allahla və Peyğəmbəri ilə əhdlərinə vəfa etdiklərinə görə onlara zülm etmə. Çünki, bizə çatıb ki, Allah buyurur: "Hər kim əhd bağladığı tərəfə zülm etsə, onun tərəf müqabili və düşməni Mənəm!" Allahdan qorx. Allahdan başqa heç bir güc-qüvvə yoxdur!"
"Zimmə" sözü lüğətdə, əhd və peyman mənasındadır. Qurni-Kərimdə gəlib:
"Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər." "Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. "(Təfsir Nümunə .c.7. səh.355 )
"Əqrəbül-Məvarid" kitabında yazır: Yəhudi və xaçpərəstlərdən o kəslərə "zimmi" (Kitab əhli) deyilir ki, müsəlmanlarla əhd-peyman bağlayıb, İslam dinin pənahında yaşasınlar. Bu kəlmə Quranda iki dəfə işlənmişdir.(Şəraiul-İslam. Cihad bəhsi. )
Nəhcül-Bəlağədə oxuyuruq: "Müsəlman ümmətinin içində yaşayan başqa millətlərdən, cizyə və xərac verən kitab əhlidir"
Kitab əhli, hər hansı bir səmavi kitabların tərəfdarı olan qeyri-müsəlmanlardır. Bunlara, "Əhli zimmə"də deyilir. Əgər müsəlmanların beytül-malına maliyyat və xərac versələr, İslam ölkəsində məskən salıb, İslam qanunlarının himayəsində qərar tutarlar.
İslam dövləti, onlardan maliyyat almaqla, onların canlarını və mallarını hifz edir. İslam qanunlarına görə əhli-zimmə öz aralarında olan etiqadi ixtilafları barəsində öz ruhanilərinə müraciət edə bilərlər. Əgər ixtilafları maliyyat və ya hüquqi məsələlərə aid olarsa, bu zaman İslami məhkəmələrə müraciət etməlidirlər. İslam qazisi onların barəsində İslam hüquq qanunlarına əsasən hökm etməlidir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi