فأَمَّا حَقُّ سَائِسِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أنّكَ جُعِلْتَ لَهُ فِتنَة وأنَّهُ مُبْتَلىً فِيكَ بمَا جَعَلَهُ اللهُ لَهُ عَلَيكَ مِنَ السُّلْطَانِ وَأَنْ تُخلِصَ لَهُ فِي النَّصِيحَةِ وَأَنْ لا تُمَاحِكَهُ وَقَدْ بُسطْتَ يَدُهُ عَلَيْكَ فَتَكُونَ سَبَبَ هَلاكِ نفْسكَ وَهلاكِهِ. وتَذَلَّلْ وتَلَطَّفْ لإِعْطَائِهِ مِنَ الرِّضَا مَا يَكُفُّهُ عَنْكَ وَلا يَضُرُّ بدينِكَ وتَسْتَعِينُ عَلَيْهِ فِي ذلِكَ باللهِ. ولا تُعَازَّهُ ولا تُعَانِدَهُ فَإنَّكَ إنْ فَعَلْتَ ذلِكَ عَقَقْتَهُ وَعَقَقْتَ نَفْسَكَ فَعَرَضْتَهَا لِمَكرُوهِهِ وَعَرَضْتَهُ لِلْهَلَكَةِ فِيكَ وَكُنْتَ خَلِيقًا أَنْ تَكُونَ مُعِينًا لَهُ عَلَى نفْسِكَ وَشَرِيكًا لَهُ فِيمَا أَتى إلَيْكَ. وَلا قُوَّةَ إلا باللهِ.
"Amma, hakim dairələrin sənin boynundakı haqqı budur ki, sənin ondan ötrü imtahan amili olmaqını və onun da sənin üzərindəki səltənətinə görə imtahan olunduğunu bilməlisən! Xaliscəsinə onun nəsihətinə qulaq as və onunla ixtilaf və mübahisəyə qalxma. Halbuki, o sənə hakimdir, özünün və onun həlakətinə səbəb olarsan. Onun yanında özünü təvazökarlıqla apar. Belə ki, onun razılığını ələ gətir bəlkə, sənin dininə zərəri dəyməsin. Bu barədə Allahdan kömək istə! Onunla şövkət və izzətçilikdə müamilə et, düşmənçilik və inadkarlıq etmə! Çünki, əgər belə etsən, həm özünə, həm də ona qarşı naşükürlük etmisən. Özünü onun meylsizlik hüzurunda qərar verib, onu da özünün həlakətində qərar vermiş olarsan. Sən onun işlərində ona kömək etməyə layiqsən. Səninlə nə iş görsə, öz zərərinə də olsa ona şərik ol!
Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”
Hüquq kitabının bu qismində, İmam Səccad (əleyhissalam) cəmiyyətdə hakim dairələrin hüquqlarını bəyan edir. Əvvəlcə, cəmiyyətin hakim və sultanının haqqını buyurur. Hakim və sultandan məqsəd, qüdrət sahibidir. Yəni, o kəs ki, cəmiyyətin işləri onun əlindədir.
Bütün insanlar qəbul edirlər ki, ictimai qanunlar əsasında və əmniyyətdə yaşamaqdan ötrü hər bir cəmiyyətdə sultan və hakimə ehtiyac vardır. Hakim dairələr, cəmiyyətdə hərc-mərcliyin qarşısını almaqla insanların asudə yaşayıb təkamül yolunu keçmələrinə kömək etməlidirlər.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi